sedanews.az
sedanews.az

Azərbaycanda hərbi xidmət yaşı niyə azaldılmadı? - Rəsmi CAVAB

Bugün, 11:11




Hökumət hazırda əsgərlik müddətinin azaldılmasının nə üçün məqbul sayılmadığını açıqlayıb.
sedanevs.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Qeyd edilib ki, alternativ xidmət haqqında qeyd olunan təklifin həyata keçirilməsi dövlət büdcəsi xərclərinin qənaətini nəzərdə tutsa da, bu çox ciddi hərbi-siyasi islahatların aparılmasını şərtləndirir.
Nəzərə çatdırılıb ki, müddətli həqiqi hərbi xidmətin orta təhsilli vətəndaşlar üçün 18 aydan 12 ayadək, ali təhsilli vətəndaşlar üçün isə 12 aydan 6 ayadək endirilməsi barədə təklifin nəzərə alınacağı təqdirdə "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunda müvafiq dəyişikliklərin edilməsi zərurəti yaranacaq ki, bu da regionda real hərbi təhdidlərin olduğu indiki zamanda Azərbaycan Ordusunun əsgər və çavuş heyəti ilə komplektləşdirilməsində çətinliklər yaradacaq. Qeyd olunanlar nəzərə alınaraq sözügedən təklifin qəbul edilməsi məqsədəmüvafiq hesab edilmir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA