sedanews.az
sedanews.az

DİN qəzada ölən polislə bağlı məlumat yaydı

5-02-2020, 15:38 724 dəfə baxılıb

DİN qəzada ölən polislə bağlı məlumat yaydı




                Daxili İşlər Nazirliyi (DİN) Bakıda polis əməkdaşının yol qəzasında ölməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Nazirlikdən Axar.az-a bildirilib ki, fevralın 4-də saat 2 radələrində Səbail rayonu Neftçilər prospektində idarə etdiyi motosikletin ağaca çırpılması nəticəsində ölən sabiq polis əməkdaşı Vüsal İsmayılov 2018-ci ildə mənfi motivlərlə daxili işlər orqanlarında xidmətdən xaric edilib.
Qeyd olunub ki, məlum hadisə fevralın 4-də saat 2 radələrində Səbail rayonunun Neftçilər prospektində baş verib. Gəncə şəhər sakini Vüsal İsmayılov idarə etdiyi “Suzuki” markalı motosikleti yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerində ölüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA