sedanews.az
sedanews.az

Azərbaycanda koronavirusa ən çox yoluxma harada qeydə alınıb? - RƏSMİ

10-09-2020, 14:35 570 dəfə baxılıb

Azərbaycanda koronavirusa ən çox yoluxma harada qeydə alınıb? - RƏSMİ

Azərbaycanda COVID-19-a yoluxmanın yayılmasına görə Bakı şəhəri ilk yerdədir. 
Milli.Az bildirir ki, ölkə üzrə koronavirus testi müsbət olan şəxslərin 56,2 faizi paytaxtda yaşayır. Yoluxmaların 15,6%-i isə Abşeron rayonunun payına düşür.
Aparılan statistikaya əsasən, siyahıda koronavirusa yoluxanların 10,3%-i Aran zonasında, 6,4%-i Gəncə-Qazax bölgəsində, 4,3%-i Lənkəran rayonunda, 2,0%-i Quba-Xaçmaz, 1,7%-i Şəki-Zaqatala, 1,6%-i Dağlıq Şirvan, 1%-i Yuxarı Qarabağda qeydə alınıb. 
Koronavirusa yoluxanların 0,04%-i isə Naxçıvanda yaşayanlardır. 
Qeyd edək ki, koronavirusa yoluxanların 0,7%-ni ölkə xaricindən gələnlər təşkil edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA