sedanews.az
sedanews.az

Karantin mütləq sərtləşdirilməlidir - İnfeksionist

3-12-2020, 14:31 474 dəfə baxılıb

Karantin mütləq sərtləşdirilməlidir - İnfeksionist

Yoluxma sayının kəskin artması səbəbindən elə bu gündən sərt karantin tətbiq edilməlidir.


Bunu Axar.az-a açıqlamasında infeksionist Vüqar Cavadzadə deyib. O bildirib ki, karantinin sərtləşdirilməsi həm səhiyyə sisteminin yüngülləşdirilməsinə, həm də yoluxmanın azalmasına səbəb ola bilər:
“Hesab edirəm ki, karantinin sərtləşdirilməsinə hələ iki həftə əvvəl gedilməli idi. Nə qədər sərtləşmə olarsa, yoluxma da bir o qədər azalar. İlkin mərhələdə 2-3 həftəlik sərt karantin tətbiq edilməlidir. Ondan sonrakı mərhələdə göstəricilərə baxmaq lazımdır. Əgər şərtləşmə yoluxmanın azalmasına səbəb olarsa, bu tədbirlər davam etdirilməlidir.
Yoluxma sayının azalması həm də səhiyyənin yükünü azaldar. Nəzərə alaq ki, hava soyuduqca virus infeksiyaları daha aktiv fəaliyyətə keçir. Ona görə son günlər müşahidə edilən yoluxma sayı sərt karantini qaçılmaz edir”.
İnfeksionist onu da bildirib ki, əvvəlki praktikada sərt karantinin müsbət nəticəsi özünü göstərib:
“Mart-aprel ayında da yoluxma çox olduğu üçün sərt karantin tətbiq edildi və may ayında bunun müsbət nəticəsi oldu. Lakin sonradan yumşaldılma olduqca yoluxma sayı yenidən artdı. Görünür, sərtləşmə tədbirləri müsbət effekt verir. Buna görə indi də bu tədbirlər görülməlidir”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA