sedanews.az
sedanews.az

Paşinyan ağıllandı və Bakını günahlandırdı…

16-07-2021, 12:24 438 dəfə baxılıb

Paşinyan ağıllandı və Bakını günahlandırdı…

Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın ötən gün verdiyi açıqlama son dərəcə mühümdür. Paşinyan dedi ki, Azərbaycan hökuməti “regional kommunikasiyaları açmaq istəmir və Ermənistanı blokadada saxlamaq niyyətindədir”.
Bu məlumat həqiqəti əks etdirirmi? Azərbaycan Prezidenti az qala hər görüşündə kommunikasiyaların açılmasının 10 noyabr 2020 və 11 yanvar 2021-ci il bəyanatlarında əksini tapdığını vurğulayaraq, nəqliyyat dəhlizlərinin açılmasına heç kimin mane ola bilməyəcəyini, Ermənistanın buna məcbur ediləcəyini deyir. Bəs, necə olur ki, Paşinyan birdən-birə guya Azərbaycan hökumətinin Ermənistanı blokadada saxlamaq istədiyi iddiasını səsləndirir?
Bu, ilk növbədə Nikol Paşinyanın daxili auditoriyaya mesajıdır və kommunikasiyaların açılmasında guya Azərbaycanın maraqlı olmadığı, Ermənistanın blokadadan çıxmaq üçün çalışdığı və “Azərbaycanı bu rposesə məcbur etmək üçün” diplomatik səy göstərdiyini görüntüləmək istəyir. Guya Azərbaycan Ermənistanı blokadada məhv edirdi, Nikol Paşinyanın səyləri nəticəsində kommunikasiyalar açıldı və Ermənistan qurtuldu.
Nikol Paşinyan əslində kommunikasiyaları açmağa məcbur, Zəngəzur dəhlizinin fəaliyyətə başlamasının qaçılmaz olduğunu yaxşı anlayır. Ancaq bunu daxili auditoriyada Azərbaycanın növbəti uğuru kimi qəbul edilməsini istəmir və buna görə də guya kommunikasiyaların açılması prosesini İrəvanın qaldırdığı təsəvvürünü yaratmağa çalışır. Kommunikasiyalar açıldıqda isə İrəvan bunu cəmiyyətə “Azərbaycan istəsə belə, Ermənistanı blokadada saxlaya bilmədi” kimi təqdim etməyə hazırlaşır. Bunu Paşinyan bu sözlərlə ifadə etdi: “Lakin biz üçtərəfli qrupda işimizi davam etdirəcəyik ki, bu blokadanı yaraq, rusiyalı və beynəlxalq tərəfdaşlarımızın köməyi ilə əlaqələrin açılmasına nail olaq”.
Bir müddət öncə də Nikol Paşinyan öz partiyasından olan deputatlarla görüşündə Laçın dəhlizini xatırlatmış, Laçın dəhlizinin açıq qalmasının Zəngəzur yolundan (dəhliz deməmişdi – red.) asılı olduğuna dolayısıyla işarə etmişdi.
Digər ehtimal isə danışıqların hazırkı mərhələsində Ermənistanın 10 noyabr və 11 yanvar bəyanatları ilə götürdüyü öhdəlikləri İşçi Qrupunun müzakirəsində “daha münasib” varianta uyğunlaşdırmaq cəhdidir.
Nikol Paşinyanın kommunikasiyaların açılması üçün daxili auditoriyaya istiqamətmiş təbliğat kampaniyasına start veriməsi prosesin artıq aktiv fazaya keçdiyini təsdiqləyir. Nikol Paşinyan “ağıllanmağa” məcburdur – kommunikasiyaların açılmasının Ermənistanın daxili auditoriyaya təqdimatının isə heç bir fərqi yoxdur.
Azərbaycan, ötən gün Prezident İlham Əliyevin dediyi kimi, milli hədəflərinə doğru addım-addım irəliləyir: Zəngəzur dəhlizlərinin (iki yol) açılması ilə Zəngəzura qayıdış start götürəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA