sedanews.az
sedanews.az

Qeyri-islam dini icmalarının nümayəndələri Qubaya səfər edib - FOTO

28-03-2023, 11:46 296 dəfə baxılıb

  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin iştirakı ilə qeyri-islam dini icmalarının nümayəndələri və onların dəvəti ilə ölkəmizə səfər edən xarici qonaqların Qubaya səfəri başlayıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, iştirakçıların Dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbə ilə yaxından tanış olub və yerli icmanın nümayəndələri ilə görüşüblər. Qonaqlar Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyi ilə yaxından ilə tanış olublar.
  Səfər çərçivəsində qonaqlar qəsəbədəki “Giləki” və “Altı günbəz” sinaqoqlarında olacaq, həmçinin Quba Soyqırımı Memorial Kompleksini ziyarət edəcəklər.
   Səfərə Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, “Azərbaycan Bibliya Cəmiyyəti, Yeddinci Günün Adventistləri, Xilaskar Yevangelik-Lüteranlar, Bakı şəhəri Yeni Apostol, Həyat sözü Xristian, Yevangelist Məsihi Baptistlərinin Aqape, Həyat sözü, Həyatverici lütf, Alov, Vineyard, Krişna Şüuru, Molokan ruhani-xristian və Bəhai dini icmaları qatılıb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA