sedanews.az
sedanews.az

Anar Bağırov: Rəqəmsal texnologiyaların tətbiqi korrupsiyaya qarşı mübarizəni gücləndirir

4-06-2024, 14:03 144 dəfə baxılıb


  Rəqəmsal texnologiyaların tətbiqi nəticəsində hüquqi prosedurların elektronlaşdırılması, elektron sənəd dövriyyəsi və məlumat bazalarının inteqrasiyası korrupsiyaya qarşı mübarizəni gücləndirir.
"Report" xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov iyunun 4-də Bakıda keçirilən “Türk dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya” mövzusunda beynəlxalq konfransın açılış mərasimində deyib.
  Onun sözlərinə görə, XXI əsrdə rəqəmsallaşma həyatın hər sahəsinə nüfuz edib: "Bu baxımdan cəmiyyətimizin əsas institutlarından biri kimi hüquq tətbiqetmə sahəsində də rəqəmsallaşmadan geniş istifadəyə zərurət yaranıb. Hüquq tətbiqetmə orqanlarının rəqəmsallaşması, bu orqanların daha şəffaf, sürətli və effektiv fəaliyyət göstərməsinə şərait yaradır. Rəqəmsal texnologiyaların tətbiqi nəticəsində hüquqi prosedurların elektronlaşdırılması, elektron sənəd dövriyyəsi və məlumat bazalarının inteqrasiyası mümkündür. Bu da öz növbəsində korrupsiyaya qarşı mübarizəni gücləndirir, vətəndaşların hüquqlarını daha yaxşı qoruyur və işin keyfiyyətini artırır".
  A.Bağırov bildirib ki, türk dövlətləri arasında inteqrasiya xüsusi əhəmiyyət kəsb edir: "Dövlətlərin hüquq təsisatları arasında məlumat və təcrübə mübadiləsi, informasiya texnologiyaları sahəsində ortaq platformaların yaradılması, onların tətbiqi bu sahədəki əməkdaşlığda yeni mərhələyə yüksəldir. Bu gün rəqəmsallaşdırma və müasir texnologiyaların tətbiqi vətəndaşlarımızın ən mühüm konstitutsion hüquqlarından biri olan keyfiyyətli hüquqi yardım almaq hüququnu reallaşdıran vəkillik sahəsində də geniş tətbiq olunur".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA