sedanews.az
sedanews.az

Smart-kartlara 10 manatlıq “hədiyyə”... – DİN hərəkətə keçdi

27-04-2020, 15:11 699 dəfə baxılıb

Smart-kartlara 10 manatlıq “hədiyyə”... – DİN hərəkətə keçdi






                “Azəriqaz” və “Azərişıq” smart-kartlarına ödəniş terminallarında 10 manat vəsaitin hədiyyə edilməsi ilə bağlı yalan məlumat yayan şəxs barədə araşdırma aparılır.
Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
“Sözügedən məsələlərlə bağlı "Azəriqaz" və "Azərişıq"dan Daxili İşlər Nazirliyinə müraciət edilib. Hazırda araşdırma aparılır", - nazirlikdən deyilib.
Qeyd edək ki, sosial şəbəkələrdə smart-kartlara ödəniş terminallarında əlavə 10 manat vəsaitin hədiyyə edilməsi ilə bağlı yanlış məlumatlar paylaşılıb. Nəticədə ödəniş terminallarının qarşısında lüzumsuz yerə böyük sıxlıq yaranıb ki, bu da karantin qaydalarının ciddi pozulmasına gətirib çıxarıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA