sedanews.az
sedanews.az

Ermənilərdən rüsvayçı xəritə: “çoxminillik SES”

3-11-2020, 13:59 613 dəfə baxılıb

Ermənilərdən rüsvayçı xəritə: “çoxminillik SES”

Erməni sosial şəbəkə istifadəçiləri daha bir gülünc iddia irəli sürüblər.
Axar.az xəbər verir ki, ermənilər bu dəfə Mingəçevir Su Elektrik Stansiyası yer alan xəritəni paylaşaraq, həmin obyekti “qədim Ermənistan krallığı” daxilinə “əlavə ediblər”.
Ermənilərin mənimsəmə prinsipilə yaşaması aydın idi, amma budəfəki iddia onların nəinki coğrafiya, həm də tarix və riyaziyyat bilgərinin yox dərəcədə olmasını göstərir.
Bildiyimiz kimi, Azərbaycanın ən mühüm enerji obyektlərindən biri olan Mingəçevir SES hələ 1950-ci illərdə Kür çayı üzərində inşa olunub. Həmin yerdə sahəsi 600 kv.km-dən çox olan elektrik stansiyasında enerji istehsalını təmin edən su anbarı yaradılıb. O, təkcə Azərbaycanı elektrik enerjisi ilə təmin etmir, həm də Rusiya, Gürcüstan, İran və Türkiyəyə enerji ixrac etməyə imkan verir.
Maraqlıdır, 70 illik SES necə qədim abidəyə çevirilib və “qədim erməni xəritəsi”ndə yer alıb?
Bu, ermənilərin iddialarının ən azı “qədim erməni krallığı” xülyası qədər absurd və gülünc olduğunu göstərir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA