sedanews.az
sedanews.az

Koronaya qarşı ilk vaksin tapıldı - İddia

7-05-2020, 11:52 631 dəfə baxılıb

Koronaya qarşı ilk vaksin tapıldı - İddia




                İtaliya tədqiqatçıları dünyada koronavirusu məhv edə biləcək ilk vaksini hazırladıqlarını bildiriblər. Gəmiricilər üzərində test edilən vaksinin yaxın günlərdə insanlar üzərində də sınaqlarına başlanılacaq.
Axar.az xarici mediaya istinadən xəbər verir ki, alimlər sınaq məqsədilə siçanlara iynə vurduqdan sonra onlardan anticisimlər götürüblər. Laboratoriya sınaqlarının ilkin nəticələri göstərib ki, anticisimlər koronavirusun insan hüceyrələrinə yoluxmasını dayandırmağa müvəffəq olub.
Vaksinin hazırlanması ilə məşğul olan şirkətin başçısı bildirib ki, dərmanın genişmiqyaslı sınaqları bu ilin payızına planlaşdırılıb. O iddia edib ki, bu, dünyada koronavirusu zərərsizləşdirən ilk vaksindir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA