Türkiyəli cütlük koronavirusu üç dəqiqəyə müəyyənləşdirən test ixtira etdi - FOTO
ABŞ-da türkiyəli cütlük koronavirusu qısa zamanda müəyyənləşdirən test ixtira ediblər.
Sondakika.com-un məlumatına görə, Serhat Pala və arvadı Zeynəb İlqazın ixtira etdikləri test 3-10 dəqiqə ərzində virusun olub-olmadığını müəyyən edir.
Bunun üçün bir damla qanın kifayət olduğunu deyən cütlük çinli ortaqları ilə gündə 500 min test istehsal edərək, dünya üzrə satışa çıxardıqlarını deyiblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.