sedanews.az
sedanews.az

Çingiz Abdullayev Solovyovun verilişində nələr danışdı?

8-10-2020, 15:23 637 dəfə baxılıb

Çingiz Abdullayev Solovyovun verilişində nələr danışdı?

Azərbaycan Dağlıq Qarabağın tamamilə azad edilməsinə çalışır, çünki bu torpaq heç vaxt ermənilərə məxsus olmayıb. “Qarabağ-Ermənistandır” yalan bəyanatdır. Azərbaycanlılar öz torpaqlarına qayıtmalıdırlar.
Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri "Rossiya 1" telekanalında jurnalist Vladimir Solovyovun verilişinə qoşulan xalq yazıçısı Çingiz Abdullayev deyib.
Çingiz Abdullayev vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Rusiyanın öhdəliklərinin tanınmamış Qarabağa şamil edilmədiyini bildirib:
"Rusiya tərəfi bu məsələyə nöqtə qoydu".
Xalq yazıçısı qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağdan işğalçı erməni qüvvələrinin çıxarılması qrafiki, sülh dialoquna başlamaq üçün Ermənistana təklif edib:
"Həmçinin bəyan edib ki, Azərbaycan və erməni əhalisi yüz illər bundan əvvəl olduğu kimi dostluq şəraitində yaşamalıdır. Amma Ermənistanın Baş naziri Nikol Paşinyan danışıqları daim pozur. Prezident Levon Ter-Petrosyan Qarabağla bağlı danışıqlara gedirdi, amma Qarabağ mafiyası onu devirdi. Bir ildən sonra Ermənistanda parlament seçkisi keçirildi və orada Karen Dəmirçyanın partiyası qalib gəldi. Onlar da danışıqlara getməyə hazır idilər. Erməni terrorçuları parlamentə soxuldular, Dəmirçyanı və baş nazir Sərkisyanı güllələdilər".
Ç.Abdullayev Solovyova sual edib:
"Danışıqlar yenidən pozuldu. Niyə sizin proqramda bu barədə xatırlamırlar? Nə üçün heç kəs demir ki, Bakıda 30 min erməni yaşayır, Ermənistanda isə bir nəfər də azərbaycanlı yoxdur. Biz beynəlmiləl respublikayıq, bizdə 150 min rus, gürcü yaşayır. Ermənistan isə monorespublikadır. Heç kəs başa düşmək istəmir ki, bu yeddi rayonda ermənilər heç vaxt yaşamamışlar. Bu gün danışdığımız əsas məsələ torpaqlarımızın azad olunmasıdır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA