sedanews.az
sedanews.az

Pakistan Baş Naziri Fransa prezidentini “terrorçu” adlandırdı...

27-10-2020, 14:23 29 dəfə baxılıb

Pakistan Baş Naziri Fransa prezidentini “terrorçu” adlandırdı...

Pakistan Baş Naziri İmran Xan “Tvitter” hesabında  Fransa prezidenti Emmanuel Makronu "İslama qarşı hücumlar" a və inanclıların hisslərini təhqir etdiyinə görə şiddətlə qınayıb və belə hərəkətləri terrorçuların etdiyini qeyd edib.
Moderator.az bu haqda xarici İslam saytlarına istinadla xəbər verir.
Pakistan lideri  Makronun öz vətəndaşlarını da təhrik etmək daxil olmaqla zorakılıq, şiddət  təlqin edən “terrorçular əvəzinə İslama hücum etməklə”  islamofobiyaya qapılmaq qərarına gəlməsindən təəssüfləndiyini bildirib.
İmran Xan Fransa liderinin İslam əleyhinə karikaturaların nəşrinə yaşıl işıq yandıraraq dünyadakı milyonlarla müsəlmanın hisslərini təhqir etməsini də vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan başını müalicə etməsini tövsiyə edərək Makronu tənqid etmişdi. Buna cavab olaraq Fransa Türkiyədəki səfirini geri çağırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA