sedanews.az
sedanews.az

Türklər Fransada güclənir - Paris narahatdır

8-02-2021, 14:58 429 dəfə baxılıb

Türklər Fransada güclənir - Paris narahatdır

Türkiyənin Fransadakı müsəlmanlar arasında artan nüfuzu rəsmi Parisi narahat etməkdədir.
 Bu barədə fransız nəşri “Le Jurnal Du Dimançe”də dərc olunan məqalədə deyilir.
Bildirilib ki, xüsusilə 2018-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransaya səfərindən sonra bu yöndə təsirlər daha açıq görünməyə başlayıb.
“Təsir əsasən türkiyəli miqrantlar arasındadır. Eyni zamanda müsəlmanların yaratdığı təşkilatlar, hətta son zamanlar seçilmiş siyasi fiqurlar Türkiyənin buradakı təsirini artırmaqdadır”, - deyə bildirilib.
Məqalədə Fransada fəaliyyət göstərən Türkiyə Maarif Vəqfindən də söz açılır. Bildirilir ki, bu təşkilatın fəaliyyəti Fransa kəşfiyyatı tərəfindən diqqətlə izlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA