sedanews.az
sedanews.az

Hüquqi dəyərlərə əsaslanan addım

21-05-2022, 15:39 381 dəfə baxılıb


   Yeni yaradılan publik hüquqi şəxs islahatların səmərəsini artıracaq
Prezident İlham Əliyevin “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxs yaradılması barədə imzaladığı fərman ölkəmizdə həyata keçirilən ardıcıl hüquqi islahatlar çərçivəsində müstəqil, demokratik, hüquqi dövlət quruculuğu prosesinə mühüm töhfədir. Ümumdövlət və ictimai əhəmiyyət daşıyan mərkəzin fəaliyyət istiqamətlərinə normativ hüquqi aktlar, inkişaf konsepsiyaları, məqsədli dövlət proqramlarının layihələrinin hazırlanması, eləcə də hüquqi ekspertizasının aparılmasında iştirak daxildir.
   Fərmana əsasən, mərkəzin fəaliyyətinə nəzarəti Azərbaycan Prezidenti, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada mərkəzin idarəetmə orqanları həyata keçirirlər. Mərkəz hər il fəaliyyətinə dair hesabatı dövlət başçısına təqdim edəcək. Hüquqi islahatların gedişi və dövlətçilik prinsiplərinə ardıcıl olaraq riayət olunması prezident İ.Əliyevin bilavasitə nəzarəti altındadır və bu, islahatların uğurlu nəticələrini şərtləndirən əsas amildir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA