sedanews.az
sedanews.az

Qazaxıstan Rusiya əleyhinə deyil - Tokayev

29-09-2023, 14:15 174 dəfə baxılıb

   Qazaxıstan Rusiya əleyhinə deyil, biz dünyanın ən uzun sərhədini paylaşdığımız bir ölkə ilə tam əməkdaşlığa qətiyyətlə sadiqik.
    Sedanews.az Axar.az-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev “Kazinform” agentliyinə müsahibəsində deyib.
“Bizim müxtəlif sahələrdə, o cümlədən ticarət və humanitar sahələrdə əməkdaşlıq ənənəmiz var”, - o bildirib.
    Tokayev qeyd edib ki, Astananın sanksiyalara məruz qalan malları yoxdur və Rusiyaya paralel idxalda iştirak etmir:
     “Bununla yanaşı, ənənəvi malların ticarəti artır və ötən il Rusiya ilə ticarət dövriyyəsi 25 milyard dollara çatıb. Amma eyni zamanda Qazaxıstan sanksiyalar məhdudiyyətlərini də nəzərə almağa məcburdur və bu məsələ ilə bağlı müvafiq beynəlxalq təşkilatlarla əlaqə saxlayır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA