sedanews.az
sedanews.az

Qazaxıstan Prezidenti hökumətin istefasını qəbul edib - YENİLƏNİB

5-01-2022, 11:47 532 dəfə baxılıb

Qazaxıstan Prezidenti hökumətin istefasını qəbul edib - YENİLƏNİB


Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib.
"Zakon.kz" saytının məlumatına görə, bu barədə dövlət başçısının mətbuat xidmətindən bildiriblər.
"Qazaxıstan Respublikası Hökumətinin istefası qəbul edilsin. Qazaxıstan Respublikasının Baş nazirinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Əlixan Asxanoviç Smailova həvalə edilsin", - deyə dövlət başçısının fərmanında deyil.
Qeyd edilir ki, hökumət üzvləri hökumətin yeni tərkibi təsdiq olunana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.
"Bu Fərman imzalandığı gündən qüvvəyə minir", - deyə qeyd edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA