sedanews.az
sedanews.az

Daha 2 küçənin əsaslı təmiri yekunlaşıb

3-06-2022, 10:33 250 dəfə baxılıb


    Bakıxanov qəsəbəsində Ə.Yunusov və R.Axundov küçələri təmir edilib
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində uzunluğu 950 metr olan Əşrəf Yunusov və 600 metr uzunluğa malik Ruhulla Axundov küçələrinin əsaslı təmiri yekunlaşıb.
   Aparılan təmir işləri çərçivəsində küçələrin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, Ruhulla Axundov küçəsində 1630 kv.m, Əşrəf Yunusov küçəsində isə 710 kv.m piyada səkiləri yenilənib. Küçələrə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
   Daha sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb, zəruri yerlərdə yol nişanları quraşdırılıb.
   Hazırda analoji təmir işləri qəsəbə üzrə Ramiz Qəmbərov və Şamil Kamilov küçələrində də son mərhələdə icra edilir.
Qeyd edək ki, cari ilin “İnvestisiya proqramı”na əsasən Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsi də daxil olmaqla 5 qəsəbə üzrə ümumi uzunluğu 12.7 km olan küçə və yolların təmiri işləri aparılır.
   Agentlik tərəfindən 2021-ci ildə Sabunçu rayonu ərazisində ümumi uzunluğu 9 km təşkil edən küçələr təmir edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA