Qəzzadakı fəlakət daha da böyüyəcək.
REAL xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin fevralın 12-də İsrailin Rəfah şəhərinə hücumları ilə bağlı yaydığı bəyanatda vurğulanıb.
Türkiyə bu hücumlardan narahatlığını bildirib: “Ərazidə daimi sülhün təmin olunması istiqamətindəki səylərə ziyan vurulur”.
Rəsmi Ankara həmçinin bəyanatda Qəzzadakı humanitar fəlakətin dayandırılması üçün BMT Təhlükəsizlik Şurasına müraciət edib.
Qeyd edək ki, İsraillə HƏMAS arasında müharibə 2023-cü il oktyabrın 7-də başlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.