sedanews.az
sedanews.az

Ordumuzun daha 4 hərbi qulluqçusu minaya düşdü

9-02-2021, 14:40 456 dəfə baxılıb

Ordumuzun daha 4 hərbi qulluqçusu minaya düşdü


Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin Tərtər rayonu istiqamətində minaya düşdüyünü təsdiqləyib.
Nazirlikdən  bildirilib ki, fevralın 8-də Tərtər rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu, Ağayev Məhərrəm Oktay oğlu xəsarət alıb.
İlkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyə edilib.
Hazırda hərbi qulluqçular həkimlərin tam nəzarəti altındadır.
Vəziyyətləri stabildir, həyatları üçün təhlükə yoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA