sedanews.az
sedanews.az

COVİD-19 testi ilə bağlı saxta arayış qalmaqalı böyüyür: cinayət işi başlandı

11-06-2021, 14:56 411 dəfə baxılıb

COVİD-19 testi ilə bağlı saxta arayış qalmaqalı böyüyür: cinayət işi başlandı

COVID-19 testinin nəticələrinə dair tibbi arayışların saxta olması faktına görə cinayət işi başlanıb.
Milli.Az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin açıqladığı məlumatda bildirilib. Məlumatda deyilir:
Xəbər verildiyi kimi, bəzi kütləvi informasiya vasitələrində Gəncə Hava Limanında Gəncə-Sankt-Peterburq aviareysi ilə səyahət etmək istəyən sərnişinlərin koronavirus infeksiyasının müayinəsinə dair "Leyla Medical Center" və "Oxygen" klinikasından verilən tibbi arayışların saxta olması barədə informasiyalar yayılıb.
Prokurorluqda aparılan araşdırma zamanı müəyyən edilib ki, "ƏSR" və "Arkan Tour" MMC-nin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə 96 nəfər şəxsin Gəncə Beynəlxalq Hava Limanından Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səyahət etməsini təşkil etmək məqsədilə "Oxygen" və "Leyla Medical Center" klinikalarının məlumatı olmadan həmin tibb müəssisələrinin adından tərtib edilmiş neqativ test nəticələri ilə bağlı saxta sənədlərin əldə edilməsinə və həmin saxta sənədlərin sərnişinlərə müəyyən məbləğdə pul vəsaiti müqabilində təqdim edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilənlərlə bağlı fakta görə "ƏSR" və "Arkan Tour" MMC-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işinin istintaqı davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA