sedanews.az
sedanews.az

Laçında bədbəxt hadisə: İki hərbçimiz həlak oldu

29-06-2021, 10:54 438 dəfə baxılıb

Laçında bədbəxt hadisə: İki hərbçimiz həlak oldu 


İyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Müdafiə Nazirliyindən Axar.az-a bildirilib ki, “KamAZ” markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Coşqun Çingiz oğlu Zeynallı və əsgər Orxan Elxan oğlu Rəhimli həlak olub.
Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.
Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA