Ermənistan təxribata üstünlük verir - Çavuşoğlu
ABŞ beynəlxalq hüququ nəzərə alaraq, qondarma erməni soyqırımını tanımaqla bağlı qərar verməməlidir. Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ölkə mətbuatına açıqlamasında deyib.
“Keçmişdə də ABŞ prezidentləri bu iddia üzərində dayanıb. ABŞ beynəlxalq hüququ nəzərə alaraq belə bir qərar verməməlidir. Düşünürük ki, Vaşinqton 24 apreldə bununla bağlı açıqlama verməyəcək. Ən pis ehtimalla deyək ki, qəbul etdilər. Bir siyasətçi belə bir ifadə işlətdi deyə, qondarma erməni soyqırımının tanınması qəbuledilməzdir. BMT 1948-ci ildə məsələ ilə bağlı açıq şəkildə qərarını verib”, - Çavuşoğlu bildirib.
XİN rəhbəri qeyd edib ki, qondarma erməni soyqırımı ilə bağlı Ermənistana ortaq komissiya yaratmaq barədə təklif vermişdik:
“Ermənistan nə özünə, nə də tarixinə güvənir. Əksinə, təxribata üstünlük verir”.
Axar.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.