Əbədi və sarsılmaz Türkiyə-Azərbaycan münasibətləri. Bu ifadə artıq sözdə deyil, əməldə özünü sübut edib desək yanılmarıq. İki ölkə arasında münasibətlər tarixinin pik həddini yaşayır və bu hansısa maraqlar üzərində deyil, sözün əsl mənasında qardaşlıq telləri üzərində qurulub. Qardaş Türkiyə ilə münasibətlərin ən yüksək səviyyəyə çatdırılmasında ulu öndər Heydər Əliyevin mühüm rolu olub. Ona qədər Ermənistanın törətdiyi soyqırımından azərbaycanlı mülki əhalini xilas etmək istəyən Azərbaycana Türkiyə yardım əlini uzada bilmədi. Amma indi Türkiyə tam Azərbaycanın yanındadır, ölkələrimiz arasında qarşılıqlı dəstək potensialı tam realizə olunur.
Prezident İlham Əliyevlə qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən aparılan uğurlu siyasət münasibətləri indiyə qədər görünməmiş həddə çatıb. Qardaş Türkiyə ilə münasibətlərin inkişafı ölkəmizin xarici siyasət kursunun əsas prioritetlərindən biri kimi saxlanılır. Qardaşlıq münasibətləri ölkələrimiz arasındakı dostluq bağlarının daha da möhkəmlənməsinə, qardaş xalqlarımızın maraqlarının beynəlxalq miqyasda təmin olunması işinə xidmət edir. 2014-cü il aprelin 26-da Praqada Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" Sammitində Ermənistan prezidentinin qardaş Türkiyəyə qarşı əsassız iddialarına prezident İlham Əliyevin "Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm" cavabını verməsi ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin ən bariz göstəricilərindən biridir.
Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan və Türkiyə bütün beynəlxalq platformalarda bir-birlərinin ədalətli mövqelərini dəstəkləyir və birgə fəaliyyət göstərir. 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana verdiyi siyasi-mənəvi dəstək isə xalqımız tərəfindən ən yüksək qiymətə layiq görüldü. Türkiyə hakimiyyəti, xalqı bütün dünyaya Azərbaycan ilə həmrəy olduqlarını nümayiş etdirdilər. İkinci Qarabağ müharibəsinin hər anını bir qardaş ölkə olaraq Azərbaycanla birgə yaşadı. Qarabağ müharibəsində əldə edilən şanlı Zəfər isə yalnız Azərbaycanın deyil, eləcə də Türkiyə və bütün türk dünyasının tarixi Qələbəsi kimi qiymətləndirildi. Bu tarixi Qələbədən sonra Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi isə iki ölkə arasındaki birliyin daha da üst səviyyələrə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən sənəddir. Bu sənəd Azərbaycanın müstəqilliyi dövründə iki qardaş ölkə arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərən ilk rəsmi sənəddir. Məhz bu baxımdan Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu. Hazırda dövlətimiz tərəfindən Qarabağda aparılan bərpa-yenidənqurma işlərində də Türkiyə yaxından iştirak edir, hər zaman olduğu kimi, Azərbaycanla həmrəyliyini nümayiş etdirir. Türkiyə ilə Azərbaycanın apardığı siyasət bölgədə sabitlik və sülhün bərqərar olması, xalqların birgə və rahat yaşamasına xidmət edir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
Bu dostluq yox, qəlb və can birliyidir
Azərbaycan dövləti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyənin yanındadır - Vüqar Rəhimzadə
Azərbaycan dövlət, xalq olaraq Türkiyənin yanındadır
Bu gün Azərbaycanla tarixi addım atacağıq – Ərdoğan
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Vətənə həsr olunmuş ömür –şəhid Aydın Abdullayev
Qalibiyyət ruhlu xalq
Tramp Putinlə danışıqların çox yaxşı keçdiyini deyib
KİV: Tramp Müctəba Xameneinin öldürülməsini dəstəkləyə biləcəyini bildirib
dafiə Nazirliyi 1 nömrəli səfərbərliklə bağlı açıqlama yaydı
İranda son durum: Qum şəhəri bombardman edildi
Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşır
Rəsmi Bakının İrandan Naxçıvana dron hücumu ilə bağlı bəyanatı: Azərbaycan cavab tədbirləri hüququnu özündə saxlayır
İran Naxçıvan aeroportuna dron hücumu etdi
Xameneinin ailəsindən yalnız onlar sağ qaldı
BMT Əfqanıstan-Pakistan münaqişəsində ölənlərin sayını açıqladı
ABŞ diplomatı: İranla 47 illik müharibəyə son qoyuruq
Bu gün Od çərşənbəsidir
İctimai nəqliyyatda onlara güzəşt ediləcək - 90 dəqiqə pulsuz
Ermənistan-İran avtomobil yolu bağlandı
Efiopiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub
ABŞ və İran arasında nüvə diplomatiyası: Növbəti dayanacaq Vyanadır
Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə güllər düzülüb və faciə qurbanları dərin ehtiramla yad olunub
Edam Kötüyü XOCALI
Mehriban Əliyevadan Xocalı soyqırımı ilə bağlı PAYLAŞIM
Prezidentin sosial media hesablarında Xocalı soyqırımı ilə bağlı PAYLAŞIM
Xocalı soyqırımının 34-cü İLDÖNÜMÜ
ABŞ diplomatlarına bu ölkəni tərk etməyi tapşırdı
Bu gün Novruzun ilk - Su çərşənbəsidir
Qərar masadadır – İlkin olaraq 2001-ci ilədək tikilən evlərə kupça veriləcək
KİV: İran Rusiyadan 500 milyon avroluq raket sistemləri alacaq
Təbii qazın dəyəri artdı
Gümüşün qiyməti 82 dolları keçdi
Martda 17 gün iş olmayacaq - Maaş belə hesablanacaq
Bələdiyyə sədrinin ölkədən çıxışına məhdudiyyət qoyulub
Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir
Sülh sazişi ətrafında növbəti oyun: Ermənistan üçün son şans bitir - MÜSAHİBƏ
Ramiz Mehdiyevin partiyadan xaric edilməsi məsələsinə qurultayda baxılacaq – AÇIQLAMA
İran nüvə proqramını sülh məqsədləri üçün davam etdirəcək - Araqçi
Fevralın 17-sinin hava PROQNOZU
Azərbaycanda hərbi xidmətə MÜHÜM DƏYİŞİKLİK – 3 ildən 6 ayadək
Binalarda təhlükəsizlik məsələsi: Sakinlər bu şərtlərə mütləq əməl etməlidir - XƏBƏRDARLIQ
Ərdoğanın BƏƏ səfəri təxirə salınıb
Heydər Əliyev Mərkəzində “Vəhşi təbiətin super qəhrəmanları” sərgisi açılıb
Arayik Harutyunyan ömürlük, daha 7 nəfər isə müxtəlif müddətə azadlıqdan məhrum edildi - YENİLƏNDİ/FOTO
Ceyhun Bayramov: Zəngəzur dəhlizi beynəlxalq səviyyədə bu adla tanınır
İran ətrafında vəziyyət dəyişir - Şaraa da qisas mesajı verdi
Bakıdakı hərbi caniləri müdafiə edənlər şərt irəli sürürlər - Seyidov faktları açıqladı
Yeni Klinikada xəstənin ölümündə təqsirli bilinən həkimin məhkəməsi başlayır
Millimiz İrəvandakı Avropa çempionatına qatılmaqdan imtina etdi - FOTO
İdman zalında qəfil ölümlər - Azərbaycanda və dünyada məşhur simaların faciəli taleləri
“Qarabağ” UEFA reytinqində əmsalını artırdı
“Qarabağ” bu gün “Kopenhagen”ə qarşı - Saatlar qaldı
III MDB Oyunlarında Azərbaycanın bayraqdarları - FOTO
Formula 1 Azərbaycan: sərbəst yürüş başladı
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi