Sirr deyil ki, qondarma rejim qalıqları tərəfindən imkan verilsə, bu gün rus sülhməramlılarının müvəqqəti nəzarət zonasındakı etnik ermənilərin böyük əksəriyyəti bütünlüklə Azərbaycanın şərtləri, qanunları və bayrağı altında yaşamağı seçmək niyyətindədirlər. Onlar da artıq çox yaxşı başa düşürlər ki, Azərbaycanın vətəndaşlığını qəbul etmək onlar üçün gələcəyə atılacaq ən ağıllı addım ola bilər.
Prezident İlham Əliyev yerli telekanallara son müsahibəsi zamanı bu mövzuyla bağlı Qarabağ ermənilərinə müraciətində də açıq şəkildə bildirdi ki, Azərbaycan bayrağı altında yaşamaq istəyənlərin hüquqları və təhlükəsizliyi təmin olunacaq. Kim ki, bizim vətəndaş olmaq istəmir, yol açıqdır, gedə bilər...
36 gündür Laçın yolu bağlıdır, amma ermənilərin dünyaya hay-həşir saldığı kimi dinc insanların üzünə yox, separatçıların, bu yoldan öz şəxsi ticari və digər qanunsuz, cinayət xarakterli məqsədləri - Ermənistandan gətirilən minaların, İrandan gələn casus şəbəkəsinin, Rusiya sülhməramlılarının göz yumduğu daha neçə-neçə çirkin planlarını həyata keçirmək istəyənlərin üzünə bağlıdır.
Bu gün nə Ermənistanın çox güvəndiyi "bacısı" Fransa gözə dəyir, nə özünü ərazinin sahibi kimi aparmağa çalışan Rusiya, nə sərhədlərin dəyişdirilməsinə qarşı çıxan, bunu özünün qırmızı xətti adlandıran İran, nə də Qarabağ ermənilərinin hüquqlarını güya müdafiə edən Qərbin çabaları Bakını tutduğu yoldan, haqq işindən çəkindirmək üçün yetərlidir. Heç adı çəkilən qüvvələr Ermənistan üçün özlərini oda atıb, riskə gedəcək hər hansı bir addıma cəhd etmək fikrində də görünmürlər.
Bu vəziyyəti bir şahmat taxtasına bənzətsək, bu gün bu güclər arxa planda qalıblar, önə isə piyada kimi vurulmaq üçün Ermənistanı veriblər. Yəni Ermənistan meydanda yenidən Azərbaycanla üz-üzə qalıb. Laçın-Xankəndi yolunda keçirilən aksiyanı Azərbaycanın şərtləri yerinə yetirilmədən dayandırmaq mümkün olmayacaq.
Laçın-Xankəndi yolundakı aksiyanın bir neçə gün əvvəl artıq bir ayı tamam oldu. Bu müddətdə tələblər yerinə yetirilməsə də, Qarabağda vəziyyət dəyişdi və yeni situasiya ortaya çıxıb. Rəsmi Bakı faktiki olaraq dəhlizə nəzarəti bu yolla ələ alıb və böyük ehtimalla Laçın yolunda 12 dekabr 2022-ci tarixindən əvvəlki vəziyyət daha olmayacaq. Hər ötən gün Azərbaycanın şərtləri daha da artır, daha da böyüyür.
Ermənistanın destruktivliyinin davam etdiyi təqdirdə Azərbaycanın şərtlərinin İrəvan üçün hansı həddə çatacağını 44 günlük müharibə ərəfəsindəki proseslərdən proqnozlaşdırmaq olar.
Tələblər dəyişilmir, amma artır...
Yaxşı xatırlayırıq ki, 44 günlük müharibə zamanı Azərbaycan Prezidenti hərbi əməliyyatların dayandırılmasının əsas şərti kimi Nikol Paşinyandan ərazilərdən çıxma qrafikini verməsini tələb edirdi. O vaxtki situasiya ilə indiki vəziyyəti müqayisə edəndə aydın olur ki, hazırda Azərbaycanın əsas tələbi təbii sərvətlərin talan edilməməsi və Laçın yolundan sırf humanitar məqsədlərlə istifadə etmək üçün nəzarət yoxlama məntəqəsinin qurulmasından ibarətdir.
Onu da unutmamışıq ki, Ermənsitan 44 günlük müharibənin sonuncu gününə qədər destruktivlik nümayiş etdirərək Azərbaycanın tələbləri ilə razılaşmaq istəmirdi. Lakin müharibə uzandıqca daha da dözülməz vəziyyətə düşən Ermənistan qarşısında Azərbaycanın tələblər siyahısı da böyüyürdü. Hazırda da İrəvan Bakının haqlı tələblərini icra etməkdən boyun qaçırmaqla ona qarşı irəli sürülən tələblər siyashını daha da genişləndirməklə məşğuldur ki, nəticəsi Ermənistan üçün ən yaxşı halda Azərbaycanın Qarabağda yarımçıq qalan işlərini - 10 noyabr üçtərəfli bəyanatı ilə hələ də icra edilməyən öhdəliklərin praktiki olaraq həyata keçməsi ilə yekunlaşa bilər.
Baxmayaraq ki, 3 il əvvəl olduğu kimi indi də Qərb, xüsusilə də Fransa hər vəchlə Ermənistanı inandırmağa çalışır ki, səni yalnız bu proseslərdə sona qədər dəstəkləyəcəyik, yalnız qoymayacağıq. Dəstəklədikləri heç kimdə şübhə doğurmur, amma Parisin İrəvanı sona qədər yalnız qoymayacağı bir az qaranlıq qalır. Fransa parlamentinin sədri Yael Braun-Pivetin iki gün əvvəl Ermənistana səfəri heç də işgüzar səfər səviyyəsində bir görüş deyildi.
O, hətta İrəvanda açıq şəkildə bəyan etdi ki, "Fransa Qarabağın müstəqilliyini tanımır və bu, bizim sadiq olduğumuz beynəlxalq hüquq normalarına uyğundur. Mümkün sülhə və dialoqa aparan yol tükənmədikcə, bununla bağlı hər şeyi sınamamışıqsa, başqa tədbirləri (Azərbaycana qarşı sanksiyaları) tətbiq etmək yersizdir. Fransa beynəlxalq hüquqa uyğun olaraq "Dağlıq Qarabağın müstəqilliyi"ni tanımır".
Amma bu açıqlama bir o qədər də səmimi gəlmədi. Çünki məlum olduğu kimi Azərbaycan dekabrın 8-də Brüssel görüşündən məhz Fransa (Emanuel Makron) amilinə görə imtina etdi. Çünki oktyabrın 31-i baş tutan Praqa görüşü zamanı Avropa İttifaqının prezidenti Şarl Mişellə yanaşı bu görüşdə öz təşəbbüsü ilə vasitəçi qismində iştirak edən E.Makron, orada əldə olunan razılıqların üstündən bir neçə gün keçməmiş, Fransaya dönən kimi Azərbaycan əleyhinə heç bir əsası olmayan, radikal ermənipərəst, separatçılığı dəstəkləyən bəyanatlarla diqqət mərkəzinə düşdü, Ermənistanı sülhdən yayındırmaq üçün revanşist qüvvələrin əlini gücləndirməyə çalışdı. Bu azmış kimi üstəlik Fransa Senatı və Milli Assambleyası Azərbaycan əleyinə Qətnamələr qəbul etdi. Son olaraq isə biz BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə Qətnamənin qəbul etdirilməsi üçün Fransanın böyük canfəşanlığına şahid olduq. Lakin rəsmi Parisin növbəti cəhdi də boşa çıxdı.
Bu hadisələr fonunda inandırıcı deyil ki, Fransa höküməti dərhal belə bir mövqe dəyişikliyinə getsin. Çünki Bakı Parisin həftələr öncə qondarma qurumun "liderlərinə" (Araik Arutyunyan başda olmaqla) öz məşhur media qurumlarında meydan verərək separatçılığın təbliği, Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi üçün geniş imkanlar yaratdığını unuda bilməz. Azərbaycanın ərazi bütövlüyünü, onun suverenliyini təhlükə altına qoymaqla Ermənistanın "bacısı" funksiyasını hər vəchlə canla-başla nümayiş etdirməyə çalışan rəsmi Parisin birdən-birə belə qərar dəyişikliyinə gəlməsi Fransanın sadəcə yeni oyunudur.
Böyük ehtimalla Fransa anlayır ki, həm Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi, sülh danışıqları istiqamətindəki təmaslar zamanı rəsmi Bakının icazəsi olmadan bu imkanı əldə edə bilməyəcək, həm də Kremlin də qeyd etdiyi kimi BMT sülhməramlı qüvvələrinin Qarabağdakı Ruisya sülhməramlı kontingentini əvəz etməsi üçün tək İrəvanın icazəsi, istəyi kifayət etmir, bunun üçün mütləqdir ki, Azərbaycan dövlətinin də razılığı olsun.
Elə bu səbəbdən də Fransa Azərbaycan qarşısında daha mülayim siyasi xətt seçərək, Ermənistanı Rusiyanın orbitindən çıxarmaq və bölgəyə daxil olmaq adına ilk olaraq Bakı ilə diplomatik münasibətləri normala döndərmək istiqamətində müəyyən hiyləgər gediş etməyi sınaqdan keçirmək fikrindədir. Əslində isə bu vəziyyətin Fransanın istəyinə çatana kimi davam edəcəyi istisna edilmir.
Erməni spiker Alen Simonyanın fransalı həmkarı ilə görüşü zamanı Milli Assambleyanın sədrinin Qarabağla bağlı məlum çıxışından sonra "Fransa və Ermənistan iki millət, bir sivilizasiyadır" ifadəsini işlətməsi Fransanın bu məsələdə inandırıcı olmadığını bir daha ortaya qoyur. Eyni zamanda o da anlaşılır ki, Paris bu məsələ ilə bağlı öncədən İrəvanla danışıb və ssenari ilə Ermənistan siyasi hakimiyyəti də öncədən tanışdır. Elə bu səbəbdən də Ermənistanda Fransa səlahiyyətlisinin belə bir çıxışı rezonansa səbəb olmadı.
Bununla da Ermənistan rəsmən Fransanın özü üçün ən önəmli müttəfiq, tərəfdaş və "doğma bacı" olduqlarını elan etmiş oldu. Ermənistan tərəfi bununla eyni zamanda Rusiyanı Ermənistan üçün "yad ünsür" də elan etmiş sayılır. Fransa ilə Ermənistan arasındakı son intensiv təmasları, Nikol Paşinyan və Alen Simonyanın bəyanatlarını Ermənistanın Rusiyanın təsir dairəsindən çıxmaq üçün son çırpıntıları da adlandırmaq olar.
Rusiya XİN başçısının sözçüsü Mariya Zaxarova İrəvandan səsləndirilən bəyanatlara "Ermənistanın Rusiyanın hərbi mövcudluğunu təhlükə adlandırması absurddur" sözləri ilə reaksiya verdi. Rəsmi Moskva Nikol Paşinyanın və digər erməni rəsmilərinin Rusiyanın Qarabağdakı fəaliyyətinə kölgə salmaq istiqamətində, KTMT-dən çıxmaq, Gümrüdəki hərbi bazanın çıxarılması üçün zəmin hazırlamaq məqsədi daşıyan çıxışlarını (Paşinyan: "Rusiyanın Ermənistanda hərbi mövcudluğu təkcə Ermənistanın təhlükəsizliyinə zəmanət vermir, əksinə, respublika üçün təhlükələr yaradır") konkret desək "boş-boş çərənləmək" adlandırdı.
Göründüyü kimi Ermənistan Rusiyadan qurtulmaq üçün yollar arayır, Fransa isə Azərbaycanın könlünü alıb danışqlara müdaxilə etməklə Rusiyanın bölgədə boşalacaq mövqeyini tutmaq ssenarisi üzərində paralel şəkildə iki ssenari işləmək qərarı veriblər. Azərbaycan isə hər iki istiqamətdə mümkün ssenarilərə hazır olmalıdır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Xocalı və Xankəndində vəziyyət KRİTİKLƏŞİR: Ermənilərin Bakıya müraciəti gözlənilir
Azərbaycanın xarici siyasətində CİDDİ DƏYİŞİKLİK
Sülhməramlılar niyə erməniləri Xankəndiyə daşımalıdır?
Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki... - Prezident
Rusiya ermənilərin başladacağı “yeni savaşa” hazırlaşır
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Vətənə həsr olunmuş ömür –şəhid Aydın Abdullayev
Qalibiyyət ruhlu xalq
Heydər Əliyev Mərkəzində “Vəhşi təbiətin super qəhrəmanları” sərgisi açılıb
Arayik Harutyunyan ömürlük, daha 7 nəfər isə müxtəlif müddətə azadlıqdan məhrum edildi - YENİLƏNDİ/FOTO
Ceyhun Bayramov: Zəngəzur dəhlizi beynəlxalq səviyyədə bu adla tanınır
İran ətrafında vəziyyət dəyişir - Şaraa da qisas mesajı verdi
Bakıdakı hərbi caniləri müdafiə edənlər şərt irəli sürürlər - Seyidov faktları açıqladı
429 uşağın dərsə davamiyyəti bərpa edildi
Cəlilabadda qardaşı uşaqlarını baltalayan əmi öldü
İsrailin İranla bağlı qırmızı xətləri açıqlandı
Lənkəranda 5 saylı Uşaq evi sosial xidmət müəssisəsinə mediatur təşkil olunub - FOTO
Hava şəraiti və küləyin təsirləri...
Xankəndidə Azərbaycan Gənclərinin XI Forumu keçirildi
Casusluqda ittiham edilən Martin Ryanın məhkəməsində hal şahidi ifadə verdi
Azərbaycanda telefonlar bahalaşacaq - 15-20 faiz
Ukrayna Baydenin vəd etdiyi maliyyə yardımını ala bilməyib
Azərbaycan–BƏƏ Birgə Hərbi Əməkdaşlıq Komitəsinin ilk iclası keçirildi
Prezident sərəncam imzaladı - Bu gənclər mükafatlandırıldı - ADLAR
Bu il Bakıda mənzillərin qiyməti bahalaşacaq? - AÇIQLAMA
"Ərdoğanın Ermənistan üçün yardım xəbəri saxtadır" - Rəsmi açıqlama
İki BOKT-un vəzifəli şəxsi cərimələndi
Azərbaycan XİN Holokost qurbanları ilə bağlı paylaşım etdi
Azərbaycan və ABŞ arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edildi
Bu gündən məktəblərdə qış tətili başlayır
Mir Şahin ANS-dən danışdı: Vahid Mustafayevə cavab
İki müsəlman ölkəsindən kömək istədilər: İrandakı rejimi birlikdə devirək
Türkmənistan və Hindistan arasında siyasi məsləhətləşmələr keçirildi
Səlim Müslümovla Vilyam Hacıyevin əmlakları satılır - 350 minlik mənzil, avtomobillər…
Özbəkistan Çinlə strateji tərəfdaşlığı müzakirə etdi
Bu şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyula bilər
Эта страна взлетит на воздух - Трамп
İrana xəbərdarlıq etdi: Bu, belə davam edə bilməz, təhlükə yaxınlaşır
Prezident Davosda “Dell Technologies” şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti ilə görüşüb
ABŞ Türkiyə ilə bağlı tarixi qərarı verdi
FHN müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu
Prezident Davosda “Euronews” televiziyasına müsahibə verib - FOTO
Abşeronda 20 Yanvar faciəsi qurbanlarının 36-cı ildönümü dərin ehtiramla yad edilib
20 Yanvar – Azərbaycan xalqının qanla yazılmış şərəf və qəhrəmanlıq tarixi
Azərbaycan xalqı 20 Yanvar şəhidlərini anır
Yeni Klinikada xəstənin ölümündə təqsirli bilinən həkimin məhkəməsi başlayır
Millimiz İrəvandakı Avropa çempionatına qatılmaqdan imtina etdi - FOTO
İdman zalında qəfil ölümlər - Azərbaycanda və dünyada məşhur simaların faciəli taleləri
“Qarabağ” UEFA reytinqində əmsalını artırdı
“Qarabağ” bu gün “Kopenhagen”ə qarşı - Saatlar qaldı
III MDB Oyunlarında Azərbaycanın bayraqdarları - FOTO
Formula 1 Azərbaycan: sərbəst yürüş başladı
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi