Kim harada imtahan verəcək? - Sədr açıqladı
Hər bir abituriyent öz yaşadığı region üzrə imtahan verəcək.Axar.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında deyib.
Qurum sədri bildirib ki, bu amil imtahan prosesini qəlizləşdirəcək:
“Bizim 15 minə yaxın nəzarətçi-müəllimimiz olacaq. Hər zalda isə maksimum 15 şagird əyləşəcək. Hər yüz nəfərə təxminən bir imtahan rəhbəri ayrılacaq. Bir gündə 4 istiqamət üzrə imtahan kitabçası paylanacaq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.