sedanews.az
sedanews.az

Bakının Heydər Əliyev prospektində bordür inşa edilib

28-07-2021, 12:10 360 dəfə baxılıb

Bakının Heydər Əliyev prospektində bordür inşa edilib





Bakı Nəqliyyat Agentliyinin (BNA) təklifi ilə paytaxtın Heydər Əliyev prospektinin əsas yolunun “Bağırov” körpüsü kimi tanınan yolayırıcı tuneldən keçən hissəsində ayırıcı bordür inşa edilib.
Bu barədə "Report"a BNA-dan bildirilib.
Məlumata görə, ayırıcı bordürün inşasında məqsəd prospektin bu hissəsində baş verən yol nəqliyyat hadisələri zamanı ölüm və xəsarət alma risklərinin minimuma endirilməsidir. 2019-2021-ci illər ərzində Heydər Əliyev prospekti “Bağırov” körpüsü adlanan hissədə ciddi fəsadlara yol açan 11 nəqliyyat hadisəsi baş verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA