“Ölkəmizdə binalar tikilərkən 8 ballıq zəlzələyə davamlılığı da nəzərə alınır”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Xəzər dənizində baş verən zəlzələyə dair keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, layihələr buna əsasən hazırlanır:
“Hazırda tikinti aparılan ərazilərin neçə bal zəlzələyə davamlılığı ölçülür”.
Qeyd edək ki, iyulun 4-ü saat 00:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb.
Zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzən, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 4-5 bala qədər hiss olunub. Təkanların maqnitudası 5,5, dərinliyi isə 65 km olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.