sedanews.az
sedanews.az

Rusiyanın “qatil-peyki” məhv edilib: Çətin hədəfləri vuran görünməz düşmən kimdir?

14-01-2020, 10:56 44 dəfə baxılıb

Rusiyanın “qatil-peyki” məhv edilib: Çətin hədəfləri vuran görünməz düşmən kimdir?

 

Rusiyanın “Kosmos-2491” adlı “qatil-peyki” məhv edilib. 

Moderator.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məşhur Amrika astronavtı Conatan Makdauel açıqlama yayıb. Qatil-peykin orbitdən çıxdığını bildirən astronavt, bunun ardınca dəhşətli partlayışın baş verdiyini, bununla da peykin “öldüyünü” bildirib.
Astronavtın sözlərinə görə, peykin vurulması ehtimalı ilə yanaşı, digər ehtimallar da mövcuddur. Belə ki, peykin kosmosdakı hər hansı yad cisimlə toquşması, mühərrik və ya batareyasındalı nasazlığın da partlama ilə nəticələnməsi mümkündür. 
Astronavt peykin Rusiyanın özü tərəfindən məhv edilmə ehtimalının da mövcud olduğunu vurğulayıb. Amerikalı astronavtın sözlərinə görə, özü-özünü məhvetmə funksiyası Rusiya tərəfindən öncədən peyk proqramına daxil edilə bilərdi. 
Bir sözlə, peykin məhvolma səbəbi dəqiq bəli olmasa da, onun “yaşamadığı” şübhəsizdir. Mütəxəssislər isə hesab edir ki, Rusiyanın “qatil peyki” hansısa təsadüf və qəza nəticəsində deyil, kənar bir müdaxilə nəticəsində məhv edilibsə, bu, Rusiya üçün ciddi təhdid və təhlükəsdən xəbər verir. Çünki bu cür çətin hədəfləri vurmaq kifayət qədər müşküldür və kimsə bunu bacarıbsa, bu, Rusiya üçün böyük problemlərin sadəcə başlanğıcıdır.
Seymur ƏLİYEV






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA