sedanews.az
sedanews.az

800 milyonluq fırıldaq: Almanlar Baffeti necə aldatdı?

21-05-2020, 11:52 544 dəfə baxılıb

800 milyonluq fırıldaq: Almanlar Baffeti necə aldatdı? 




                
Almaniyanın “Vilhelm Şults” şirkətinin keçmiş rəhbərliyi böyük fırıldaqçılıqda şübhəli bilinir.
Axar.az xəbər verir ki, bu məlumatı “Faynənşl Standard” qəzeti yayıb. Məlumata görə, şirkət rəhbərliyinin qurbanlarından biri amerikalı məşhur milyarder Uorren Baffet olub.
Qəzetin məlumatına görə, bir neçə il əvvəl şirkətin sahibləri kompaniyanın maliyyə vəziyyəti barədə sənədləri fotoşop vasitəsilə saxtalaşdırıb. 2017-ci ildə isə məhz bu sənədlər vasitəsilə Baffetin “Berffhire Hathaway Inc” şirkəti “Vilhelm Şultz”u 800 milyon avroya alıb. Bundan sonra Baffetin şirkətinə sənədlərin və hesabatların saxtalaşdırılmasına dair anonim məlumatlar daxil olmağa başlayıb. Aparılan araşdırmalardan müəyyən olunub ki, Baffet çiçəklənən şirkət yerinə, bankrot ərəfəsində olan kompaniya alıb.
Nyu York Arbitraj Məhkəməsi artıq alman şirkətinin 157 milyon avrodan baha olmadığını müəyyən edib və şirkətin keçmiş sahiblərinin Baffetə 643 milyon avro kompensasiya ödəmələrinə dair qərar qəbul edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA