sedanews.az
sedanews.az

Rusiyanın 9 şəhəri vurulacaq: 5 milyon əhali təhlükədə

17-09-2024, 11:48 102 dəfə baxılıb


  Ukrayna icazə alarsa, Rusiyanın 9 böyük şəhəri və 4,7 milyon əhalisi uzaqmənzilli Qərb raketlərinin hədəfinə düşəcək.
Axar.az xəbər verir verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.
  Hesabatda bildirilib ki, uzaqmənzilli raketlərin hədəf zonasına Rostov (1,14 milyon) və Voronej (1,046 milyon) kimi iki milyonluq şəhər də daxil olacaq:
“Bundan başqa, Qərb raketləri hazırda HİMARS raket sistemlərinin əhatə dairəsindən kənarda olan 436 min nəfərin yaşadığı Kurska çata biləcək. Eləcə də müvafiq olaraq 296 min və 373 min nəfər əhalisi olan Oryol və Bryansk şəhər mərkəzləri, Azov dənizinin sahilində yerləşən Taqanroq şəhəri (245 min nəfər) uzaqmənzilli silahların hücumuna məruz qala bilər. Lipetsk (486 min nəfər), Smolensk (312 min) və Kaluqa (329 min) də ATACMS raketlərinin (300 km) əhatə dairəsindədir. Amma 250 km-ə qədər məsafə qət edən Britaniyanın “Storm Shadow” raketləri bu şəhərlərə çatmaya bilər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA