sedanews.az
sedanews.az

Fəlakət qapıda: Asiya buzlaqlarının 40%-ni itirə bilər

26-10-2021, 12:19 314 dəfə baxılıb

Fəlakət qapıda: Asiya buzlaqlarının 40%-ni itirə bilər

2050-ci ilə qədər iqlimin istiləşməsi səbəbindən Asiyadakı buzlaqların 20-40%-i əriyə bilər. Bu, təxminən 750 milyon insanın həyatına birbaşa təsir göstərəcək.
Axar.az xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (WMO) hazırladığı hesabatda deyilib.
Mütəxəssislərin fikrincə, 2020-ci il hava və iqlimin sistematik müşahidələri zamanı Asiyada ən isti il olub. Həmin il orta temperatur 1981-2010-cu illərlə müqayisədə 1,39 dərəcə yüksəlib:
“Asiyada buzlaqların sahəsi təxminən 100 min kv/km-dır. Bu, Yerdəki qütb bölgələrindən kənarda ən böyük buz həcmidir. Buzlaqlar Asiyanın 10 əsas çayını qidalandırır. Hava və iqlim təhlükələri, xüsusən də daşqınlar, tufanlar, quraqlıqlar kənd təsərrüfatı, eləcə də ərzaq təhlükəsizliyi daxil olmaqla, regionun bir çox ölkəsinə əhəmiyyətli dərəcədə təsir göstərir”.
Hesabata görə, Asiyada 2020-ci ildə daşqın və tufanlar 50 milyon insana təsir edib. Bu fəlakətlər 5 mindən çox insanın həyatına son qoyub. Çində maddi ziyan təqribən 238 milyard dollar, Hindistanda 87 milyard, Yaponiyada 83 milyard dollar qiymətləndirilir.
Ekspertlərin fikrincə, 2020-ci ildə Cənubi Asiyada təxminən 305,7 milyon, Cənub-Şərqi Asiyada 48,8 milyon, Qərbi Asiyada 42,3 milyon insan qida çatışmazlığından əziyyət çəkir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA