Bu virus Vuhanda aşkarlandığı zaman kimsə onun bütün dünyaya yayılacağını, həyatı tamamilə iflic edəcəyini düşünmürdü. İnsanlar xəstəliyin ebola, quş, donuz qripi və digər viruslar kimi başqa ölkələrdə yayılıb, Azərbaycana təsir etməyəcəyini zənn edirdi.
Koronavirusla bağlı ötəngünkü mənfi yöndə rekord göstərici (325 yoluxma) təəssüf doğurur. Bunun isə tək səbəbi var, insanların xəstəliyi ciddiyə almaması və koronavirusa qarşı laqeydlik...
Koronavirusa "inam"ın pik nöqtəsi İtaliyada və qonşu ölkə İranda xəstəliyə yoluxanların maksimum həddə çatdığı, sosial şəbəkələrdə video və fotoların, tibb işçilərinin məktublarının yayıldığı ərəfələrdə idi. Həmin vaxtdan etibarən bizim ölkədə də karantin rejiminin tətbiqi, ard-arda məktəblərin, təhsil ocaqlarının, ticarət mərkəzlərinin, muzey, kinoteatr və restoranların bağlanması, evdən işləmək sisteminə keçid insanları vahiməyə salırdı.
İnsanlarda o dərəcədə panika yaranmışdı ki, tibbi spirti içib ölənlər, sabun yeyənlər belə var idi. Lakin koronavirusa görə panikaya düşənlərin çoxu sonradan bu virusa inanmamağı seçdi.
Psixoloqların fikrincə, bunun səbəbi özünütəsəlli və özünüaldatma hesab olunur. İnsanlar xəstəliyin yaratdığı stresslə yaşamaqdansa, bu virusun olmadığına inanaraq özünü stressdən uzaq tutmağa çalışır. Lakin fərqli, bir-birinə zidd fikir insanlarda qeyri-müəyyənliyin yaranmasına, dolayısı ilə stress halının daha da artmasına səbəb olur.
Rus yazıçı-proqnozçu Sergey Peresleqin müsahibəsində səsləndirdiyi sensasiyalı fikirlər koronavirusla bağlı ən çox paylaşılan xəbərlər sırasındadır. "Aydındır ki, nə belə bir virus epidemiyası, nə də pandemiyası var" deyən yazıçının müsahibəsinin sonunda "2021-ci ilin yanvarında insanların artıq bu virusa qarşı immuniteti yaranmış olacaq" deməsi də fikirlərinin təzadlı olmasının sübutudur.
Xəstəliyə inanmayanlar müxtəlif səbəb və bəhanələr gətirirlər ki, bu sualların bir çoxunun tutarlı cavabları var.
"Tanıdıqlarım arasında bu virusa yoluxan yoxdur deyə, koronavirusa inanmıram"10 milyon əhalisi olan Azərbaycanda 100-200 nəfərin koronavirusa yoluxduğu zamanlarda çoxları tanışlarının bu virusa yoluxmamasından "şikayətlənirdi". Onlar bunu əsas gətirərək koronavirusun oyun olduğunu iddia edirdi. Lakin son günlər xəstəliyə yoluxanların sayının artması ilə belə düşünənlərin sayı ciddi azalıb. Çünki artıq koronavirusa yoluxanların çoxunun kimliyi ictimaiyyətə məlumdur.
Koronavirusdan ölənlərin adları niyə açıqlanmır?Yaşı 18-dən az olub təcavüzə uğrayan və ya cinayətdə ittiham olunan azyaşlının kimliyinin ictimaiyyətə açıqlanmaması jurnalistika etikası olduğu kimi, koronavirus, vərəm kimi xəstələrin də adlarının açıqlanması tibb etikasının pozulması sayılır. Bu xəstəlikdən ölənlərin adları yalnız mərhuma yaxın şəxslərin razılığı ilə açıqlana bilər. Buna baxmayaraq yeni növ koronavirus səbəbi ilə dünyasını dəyişən yerli və əcnəbi tanınmışlar da çoxdur. "Kurtlar Vadisi" serialının aktyoru Turhan Kaya, azərbaycanlı cərrah Sürət Abbasov, Britaniyalı aktyor Endrü Cek, Amerikalı musiqiçi, bəstəkar Adam Şlezinger, İtaliyalı dizayner Sercio Rossi, "Real Madrid" futbol klubunun eks-prezidenti Lorenso Sans, İtaliyalı aktrisa Lüçiya Boze, aktyor Mark Blum, müğənni Con Prayn və başqalarının misal çəkmək olar.
"Başqa xəstəlikdən ölənlər koronavirus kimi təqdim olunur"Müşahidələr onu deməyə əsas verir ki, adətən yaşlı insanlar, həmçinin somatik xəstəlikləri (məsələn, arterial hipertenziya, ürək xəstəliyi və ya diabet) olan şəxslər koronavirusu daha ağır keçirirlər. Hətta, bu kimi şəxslər vaxtında müalicə olunmasa Covid-19 səbəbindən ölə də bilərlər. Bu isə bədənin virusla mübarizə mexanizmi ilə bağlıdır. Belə ki, bədən bütün gücünü orqanizmə düşən virusla mübarizəyə sərf etdiyindən immun sistemi tamamilə zəifləyir və ölümlə nəticələnir.
"Niyə virus Çinlə sərhəd olan Hindistanda yayılmadı, birbaşa İran və İtalyada yayıldı?"Koronavirus yeni yayılmağa başlayan vaxtlarda bəzi şəxslər virusun İtaliyada yayılıb, Çinin yaxınlığında yerləşən, natəmizliyin hökm sürdüyü Hindistanda yayılmamasını əsas gətirərək bunun "böyük oyun" olduğunu iddia edirdilər. Hazırda isə Hindistan koronavirusa yoluxma sayına görə yeddinci yerdədir. Bugünkü statistikaya görə Hindistanda koronavirusdan ölənlərin sayı Çindəkindən çoxdur.
"Azərbaycanda ölənlərin yaxınlarına pul təklif edilir"Əgər deyilənlər doğrudursa, niyə Azərbaycanda koronavirusdan ölənlərin sayı digər ölkələrə nisbətən olduqca azdır? Bu xəstəlikdən ölənlərin sayını artırmaqda məqsəd nədir? Azərbaycan və ya başqa dövlətlər niyə bunda maraqlıdır? Əksinə, Birləşmiş Krallıqda və başqa ölkələrdə koronavirusdan ölənlərin sayının gizlədildiyi deyilir, nəinki rəqəmləri şişirtmək.
Pul təklif olunma məsələsi isə dedi-qodudan başqa bir şey deyil. Necə ola bilər ki, hər kəsin cibində müasir telefon olduğu halda, bircə nəfərin belə, bu "təklif"in səsyazısını qeydə almaq ağlına gəlmədi? Bununla bağlı nə səsyazısı var, nə də videofakt.
"Koronavirusu 5G texnologiyası yayır"5G texnologiyası ilə koronavirus arasındakı əlaqə ilə bağlı fikirlər iki yöndədir. Bir qrup 5G texnologiyasının koronavirus yaydığını düşünür və buna görə qurğuları yandırırdılar, digər qrup isə insanların evə qapadılmasını 5G stansiyalarının qurulması ilə əlaqələndirirdilər. "Facebook" və "Nextdoor" şəbəkələrində "5G" texnologiyasının koronavirusun yayılmasına səbəb olması ilə bağlı dezinformasiya dərc edən bir neçə qrup fəaliyyət göstərir. Nəzəriyyəyə görə, Çinin Uhan şəhərində xəstəliyin yayılması orada "5G" stansiyası quraşdırıldıqdan sonra baş verib. Onların sözlərinə görə, məhz stansiya yoluxma mənbəyi olub və virus "5G" şəbəkələri vasitəsilə ötürülür.
Məqsəd dünyada yeni nizam yaratmaqdırHər pandemiya dünyada yeni nizamın yaranmasına, yeni qaydaların tətbiqinə səbəb olub. Yeni bir nizam yaratmaq üçün xüsusi bir virusa ehtiyac yoxdur. Sözsüz ki, koronavirus təhsil, turizm və başqa sahələrdə yeni "era"nın yaranmasına səbəb olacaq.
Koronavirusun ölümcül olduğunu düşünənlər də az deyil. Lakin bu münasibətdə də yanlışlıq var. Koronavirus müalicə oluna bilən xəstəlikdir və dünyada 3 milyon insanın da sağalması bunu deməyə əsas verir. Koronavirus immunitetdən asılı olaraq fərqli simptomlarla özünü göstərir.
Digər ölkələrdə Covid-19-dan dünyasını dəyişənlərin sayının çoxluğu əsasən süni nəfəs aparatının olmaması, vaxtında müalicə etməmə, yanlış dərmanların tətbiqi və xəstəxanalarda yerin olmaması ilə əlaqədardır.
Maraqlısı isə odur ki, xəstəliyin Azərbaycanda aşkarlanmadığı vaxtlarda xəstəxanaların koronaviruslu şəxslərlə dolub daşdığını deyənlər sonradan bu məlumatların tamamilə əksini, koronavirusun mövcud olmadığını iddia etdilər. Məktəblərin, iş yerlərinin açıq olmasından qorxuya düşən şəxslər karantin rejiminin tətbiq olunmamasından gileyləndilər. Halbuki bir həftə evdə qaldıqdan sonra bu "virus boş şeydir" deyənlər də onlar oldu.
Bu şayiələrin yaranmasının və yayılmasının kökündə isə konspirasiya teoriyaları dayanır. Belə ki, insanlar rəsmi mənbələrə inanmaqdansa sosial şəbəkələrdə baxış sayı əldə etmək üçün cürbəcür aldadıcı başlıqlarla diqqət çəkən videolara etibar edir.
Görünür, kimlərəsə müəyyən kütləni koronavirusa inandırmaqdan çəkindirmək lazımdır. Bəlkə də, məqsədləri sizi buna inandıraraq qaydalara riayət etməkdən çəkindirib koronavirusa yoluxdurmaqdır?
Bəxtiyar Umarlı


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
"İnformasiyaların qeyri-müəyyənliyi və çoxluğu da insanlara mənfi təsir göstərən məsələlərdəndir" - Psixoloq
SOS! Azərbaycanda koronavirusdan ölənlərin çoxunda BU ƏLAMƏT VAR
Azərbaycanda bir küçədə 53 nəfər koronavirusa yoluxdu, giriş-çıxış məhdudlaşdırıldı - RƏSMİ
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
ÜST açıqladı: Azərbaycanda koronavirusa yoluxma halı...
Unudulmayan ömür, əbədi yaşayan ad-Şəhid Qadir Heydərov
Bir Şəhid Anasın illərdir qəlbində yaşatdığı arzu
“Bu torpaq uğrunda ölən varsa, Vətəndir...” — Şəhid Əli Nəcəfovun qəhrəmanlıq yolu
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Qalibiyyət ruhlu xalq
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər
Əhməd İsmayılov Liberiyanın informasiya nazirinin müavini ilə görüşüb
Sülhün olması üçün Ermənistan zəruri addımlar atmalıdır
Son 5 ildə nikahdankənar 76 856 uşaq dünyaya gəlib
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI
Bakıda 100 ildən çox yaşı olan binaların yerləşdiyi ƏRAZİLƏR
Pulsuz hüquqi yardımın göstərilməsi qaydalarının pozulmasına görə cərimə tətbiq olunacaq
Azərbaycan-Gürcüstan sənədləri imzalandı
Kredit götürmək istəyənlərə VACİB XƏBƏR - Yeni qaydalar tətbiq olunur
AVROPANI TƏNGƏ GƏTİRƏN MÜHARİBƏ: UKRAYNADA AÇILAN YARA, AVROPADA DƏRİNLƏŞƏN BÖHRAN
Bakının bu ərazisilərində yeni dəmir yolu stansiyaları tikiləcək
Bazarlarda meyvə-tərəvəz bahalaşıb
Azərbaycanda ombudsman vəzifəsinə namizədlər - adlar
Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA
Məktəbdə jurnalistləri döyən şəxs boksçu imiş - FOTO
Ceyhun Bayramov Türkiyəyə getdi
Azərbaycanda yeni ombudsman seçiləcək
Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il keçir
Ramiz Mehdiyev AMEA üzvülüyündən çıxarıldı
TDT XİN başçıları sabah Ankarada toplanır
BƏRDƏ FACİƏSİNİN QƏHRƏMANI — RƏŞAD ŞƏFİYEVİN ŞƏHADƏTİNDƏN 6 İL ÖTÜR
Sükan arxasında telefona görə kameralar cərimə yazacaq - DETALLAR
Bakıda çiskin, dağlarda qar gözlənilir
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlar başlaya bilər
BALAXANIDA PAYIZIN ƏN RƏNGARƏNG TƏDBİRLƏRİNDƏN BİRİ — “BALQABAQ FESTİVALI”
Paytaxt məktəbində faciə
Kamran Əliyev: "Azərbaycan Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır"
İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb
Bakıda İƏT ölkələrinin korrupsiya əleyhinə yüksəksəviyyəli görüşü keçirilir
Ölkədə qadın və kişilərin orta boyu və çəkisi açıqlanıb
2027-ci il nə ilidir? - Şərq təqvimi açıqlandı
Prezident və ailə üzvləri sərgidə - GÖRÜNTÜLƏR
Bu gün Şəhid İsmayıl Məmmədovun 25 yaşı tamam olardı – Vətənə fəda olan ömür
Milli Məclisin plenar iclası başladı
İlham Əliyev: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu effektiv platformaya çevrilib
Sentyabrda pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı açıqlanıb
"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib (FOTO)
Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib - Rəsmi
Azərbaycanda bəzi dərmanların qiyməti uculaşacaq
Vüqar Qurbanovun bıçaqlanan vəzifəli qohumunun son durumu açıqlandı
1800-ə yaxın azərbaycanlı ölümündən sonra orqanlarını bağışlayacaq
Ürəyinizə yaxşı baxın
Çempionlar Liqasında bugünkü OYUNLAR
"Formula 1" üzrə Azərbaycan Qran-prisi BAŞLADI
Formula 1-ə görə yollarda ilk məhdudiyyət sabahdan tətbiq olunacaq
Azərbaycan cüdoçusu Fərid Rzazadə Ekvadorda dünya çempionu olub
Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb
Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Sərəncam imzalandı
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi
Moskvada qızılcaya görə karantin: Universitet tələbələri distant təhsilə keçirildi
Trampın seçkidə uduza bilər