Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov icra başçılarına yağışla bağlı problemlərə görə xəbərdarlıq edib.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonlarının icra hakimiyyəti başçılarının və müvafiq təsərrüfat strukturları rəhbərlərinin iştirakı ilə payız-qış mövsümünə hazırlıq məsələlərinə dair video konfrans formatında müşavirə keçirilib.
Videomüşavirədə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov əvvəlcə 2 gün öncə Bakıya yağan yağışla bağlı yaranan problemlərə toxunub. Bununla əlaqədar bəzi rayonların İcra Hakimiyyəti başçıları və bəzi xidmət sahələrinin rəhbərləri yol verilən nöqsanlara görə ciddi xəbərdar edilib. Qeyd edilib ki, baxmayaraq ki, Bakı şəhərinin kanalizasiya və yağış sularını yığan şəbəkələr, körpü və yollar "Azərsu" ASC-nin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında və xidmət dairəsindədir, lakin bu İcra Hakimiyyətləri və kommunal xidmətlərinin üzərindən cavabdehliyi götürmür. İcra başçıları "Azərsu" ASC və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məlumat verməklə özlərini kənarlaşdırmamalı, rayonlarda zəif yerləri müəyyən edərək, koordinator kimi çıxış etməli və həmin qurumlarla birgə mövcud problemləri aradan qaldırmalıdırlar.
Müşavirədə paytaxt rayonlarında qışa hazırlıqla bağlı qərargahların yaradılması və aidiyyəti təşkilatların iştirakı ilə müşavirələrin keçirilməsi tapşırılıb və aidiyyəti strukturların üzərinə düşən konkret vəzifələr müəyyən edilib.
Həmçinin qeyd edilib ki, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti və Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihənin icrası uğurla həyata keçirilir. Bu layihə çərçivəsində ölkə başçısının qərarı ilə Bakı şəhərinin kommunal xidmət strukturları lazımı xüsusi təyinatlı müxtəlif texnika ilə təmin olunur və bu istiqamətdə aparılan işlər davam edir. Ən əsası bu texnika və avadanlıqlardan səmərəli istifadə etmək lazımdır.
Eldar Əzizov xüsusi olaraq vurğulayıb ki, Azərbaycan tarixinin son 200 ili ərzində xalqımız öz əzəli düşməni üzərində ilk böyük qələbəsini qazanmışdır. Düşmən həmin düşməndir, xalq da həmin xalqdır. Lakin qazanılan bu qələbəmizin kökündə şəxsiyyət faktoru - Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəxsiyyət faktoru durur. Qazanılan bu Şanlı Qələbə ölkə başçısının dahi intellekti və müdrik siyasət sayəsində əldə olunub.
Müşavirədə həmçinin qarşıdan gələn Zəfər Gününə hazırlıq məsələləri müzakirə edilmiş, həmin gün ərəfəsində nəzərdə tutulan tədbirlərin yüksək səviyyədə keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.
Milli.Az


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Eldar Əzizov 2 icra başçısına xəbərdalıq etdi, 1 ay vaxt verdi
Ölkələrdə həyat dayanıb, belə oyun ola bilməz - Əzizov
Unudulmayan ömür, əbədi yaşayan ad-Şəhid Qadir Heydərov
Bir Şəhid Anasın illərdir qəlbində yaşatdığı arzu
“Bu torpaq uğrunda ölən varsa, Vətəndir...” — Şəhid Əli Nəcəfovun qəhrəmanlıq yolu
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Qalibiyyət ruhlu xalq
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər
Əhməd İsmayılov Liberiyanın informasiya nazirinin müavini ilə görüşüb
Sülhün olması üçün Ermənistan zəruri addımlar atmalıdır
Son 5 ildə nikahdankənar 76 856 uşaq dünyaya gəlib
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI
Bakıda 100 ildən çox yaşı olan binaların yerləşdiyi ƏRAZİLƏR
Pulsuz hüquqi yardımın göstərilməsi qaydalarının pozulmasına görə cərimə tətbiq olunacaq
Azərbaycan-Gürcüstan sənədləri imzalandı
Kredit götürmək istəyənlərə VACİB XƏBƏR - Yeni qaydalar tətbiq olunur
AVROPANI TƏNGƏ GƏTİRƏN MÜHARİBƏ: UKRAYNADA AÇILAN YARA, AVROPADA DƏRİNLƏŞƏN BÖHRAN
Bakının bu ərazisilərində yeni dəmir yolu stansiyaları tikiləcək
Bazarlarda meyvə-tərəvəz bahalaşıb
Azərbaycanda ombudsman vəzifəsinə namizədlər - adlar
Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA
Məktəbdə jurnalistləri döyən şəxs boksçu imiş - FOTO
Ceyhun Bayramov Türkiyəyə getdi
Azərbaycanda yeni ombudsman seçiləcək
Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il keçir
Ramiz Mehdiyev AMEA üzvülüyündən çıxarıldı
TDT XİN başçıları sabah Ankarada toplanır
BƏRDƏ FACİƏSİNİN QƏHRƏMANI — RƏŞAD ŞƏFİYEVİN ŞƏHADƏTİNDƏN 6 İL ÖTÜR
Sükan arxasında telefona görə kameralar cərimə yazacaq - DETALLAR
Bakıda çiskin, dağlarda qar gözlənilir
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlar başlaya bilər
BALAXANIDA PAYIZIN ƏN RƏNGARƏNG TƏDBİRLƏRİNDƏN BİRİ — “BALQABAQ FESTİVALI”
Paytaxt məktəbində faciə
Kamran Əliyev: "Azərbaycan Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır"
İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb
Bakıda İƏT ölkələrinin korrupsiya əleyhinə yüksəksəviyyəli görüşü keçirilir
Ölkədə qadın və kişilərin orta boyu və çəkisi açıqlanıb
2027-ci il nə ilidir? - Şərq təqvimi açıqlandı
Prezident və ailə üzvləri sərgidə - GÖRÜNTÜLƏR
Bu gün Şəhid İsmayıl Məmmədovun 25 yaşı tamam olardı – Vətənə fəda olan ömür
Milli Məclisin plenar iclası başladı
İlham Əliyev: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu effektiv platformaya çevrilib
Sentyabrda pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı açıqlanıb
"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib (FOTO)
Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib - Rəsmi
Azərbaycanda bəzi dərmanların qiyməti uculaşacaq
Vüqar Qurbanovun bıçaqlanan vəzifəli qohumunun son durumu açıqlandı
1800-ə yaxın azərbaycanlı ölümündən sonra orqanlarını bağışlayacaq
Ürəyinizə yaxşı baxın
Çempionlar Liqasında bugünkü OYUNLAR
"Formula 1" üzrə Azərbaycan Qran-prisi BAŞLADI
Formula 1-ə görə yollarda ilk məhdudiyyət sabahdan tətbiq olunacaq
Azərbaycan cüdoçusu Fərid Rzazadə Ekvadorda dünya çempionu olub
Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb
Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Sərəncam imzalandı
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi
Moskvada qızılcaya görə karantin: Universitet tələbələri distant təhsilə keçirildi
Trampın seçkidə uduza bilər