Əsgər Əyyub oğlu Ələkbərov “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
REAL xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Prezidentin imzaladığı digər sərəncamla Şahin Kamil oğlu Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.
Qeyd edək ki, Şahin Seyidzadə Milli Məclisin deputatıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.