sedanews.az
sedanews.az

Şuşa Bəyannaməsinin 1 ili tamam olur

15-06-2022, 15:10 293 dəfə baxılıb





    Sənəd Azərbaycan-Türkiyə müttəfiqliyinin geostrateji önəmini artırdı
Bir il bundan əvvəl, 2021-ci il iyun ayının 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada mühüm əhəmiyyətli sənəd imzalandı. Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi iki qardaş ölkənin tarixinə, əziz Şuşamıza, 44 günlük Vətən müharibəsindəki tarixi zəfərimizə yaraşan möhtəşəm hadisə idi. Bakı-Ankara münasibətlərini daha üstün səviyyəyə qaldıran sənəd, regional əhəmiyyətli bütün əməli fəaliyyət sahələrini əhatə edir. Bu mənada, Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda keçirilən beynəlxalq konfrans xüsusi önəmə malikdir.

    Şuşa həm də Azərbaycanın qazandığı şanlı qələbənin rəmzidir.

   Mahiyyət etibarilə, Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini, yeni sərmayə qoyuluşunu stimullaşdırır. Şuşa Bəyannaməsi iki ölkə arasında imzalansa da, bu sənəd həm də bütövlükdə bölgəyə işıq salır.
REAL






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA