sedanews.az
sedanews.az

Priqojinin təyyarəsi qəzadan əvvəl necə uçub? - Hesabat

24-08-2023, 11:46 212 dəfə baxılıb

   Tver vilayətində qəzaya uğrayan iş adamı Yevgeni Priqojinə məxsus "Embraer Legacy 600" təyyarəsi səkkiz kilometrdən çox qalxıb, bundan sonra sürətlə hündürlüyünü itirməyə başlayıb.

 Publika.az- xəbər verir ki, bu barədə "Flightradar24" uçuş izləmə xidmətinin hesabatında deyilir.
Nəqliyyatın yeri haqqında məlumat ötürməməsinə baxmayaraq, "Flightradar24" uçuş hündürlüyündəki dəyişiklikləri və təyyarənin sürətini izləyə bilib. Belə ki, biznes-jet Moskva vaxtı ilə saat 18:10-da 8,5 kilometr hündürlüyə qalxıb. Yerdən bu məsafədə saat 18:19-a qədər uçduğu deyilir.
  Daha sonra təyyarə kəskin şəkildə maksimum 9,2 kilometr yüksəkliyə qalxıb, bir müddət sonra isə altı kilometrə düşüb. Saat 18:20-dən sonra nəqliyyat məlumat ötürülməsini dayandırıb.
"Flightradar24"ün sözçüsü Yan Petçenik bildirib ki, "Embraer Legacy" uçuşun 30 saniyəsində 2,4 kilometr yüksəklik itirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA