sedanews.az
sedanews.az

Şanxay Əməkdaşlıq Təşkilatının görüşü - VİDEO

3-07-2024, 12:52 181 dəfə baxılıb



 Bu görüş əlaqələrin güclənməsinə daha da töhfə verəcək
Qazaxıstanın paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Zirvə görüşü işə başlayır.
  “ŞƏT+” formatında keçiriləcək Sammitə 16 ölkənin dövlət və hökumət başçıları qatılıblar. Bu nüfuzlu təşkilatın Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edəcək.
  Onu da əlavə edək ki dövlət başçısının ikinci dəfə Sammitə dəvət olunması həm ölkəmizin həm də dövlət başçısının dünya miqyasında xüsusi nüfuza sahib olduğunun göstəricidir. İlham Əliyev 2022-ci ildə də Şanxay əməkdaşlıq təşkilatının görüşündə iştirak edib.
Xatırladaq ki, dövlətimizin başçısı Şanxay Əməkdaşlıq Təşkilatının 2022-ci ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə görüşündə də iştirak edib.
  Bu dəfəki Astana görüşü də xüsusi əhəmiyyətə malikdir. Belə ki Zirvə görüşündə ŞƏT-ə üzv ölkələrin dövlət və hökumət başçıları siyasi, iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlıq və digər məsələlərə dair geniş spektrdə aktual mövzuları müzakirə edəcəklər.
Şanxay Əməkdaşlıq Təşkilatının xüsusi özəlliklərindən biri də odur ki təşkilat üzvlərinin böyük əksəriyyətini türk dövlətləri təşkil edir. Politoloq Mətin Məmmədlinin sözlərinə görə, Mərkəzi Asiyanın 3 türk dövləti birbaşa bu təşkilatın üzvüdür. Azərbaycan və Türkiyə ŞƏT-da dialoq üzrə tərəfdaş statusuna malikdir
  Həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 9 üzvü, 3 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan, Belarus) və 14 dialoq tərəfdaşı var. Xatırladaq ki, 2022-ci ilin sentyabrında Səmərqənddə keçirilən Zirvə görüşündə Belarusun bu təşkilat çərçivəsində statusunun üzv dövlət səviyyəsinə yüksəldilməsi prosesi başlanıb. Astana Sammitində Belarusun Şanxay Əməkdaşlıq Təşkilatına qoşulması barədə qərar qəbul ediləcək.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA