sedanews.az
sedanews.az

ŞƏT sammitində 25 sənəd imzalanıb - YENİLƏNİB

4-07-2024, 13:41 211 dəfə baxılıb


  Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti zamanı təşkilata üzv ölkələrin liderləri 25 sənəd imzalayıblar.
  REAL xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.
  İmzalanan sənədlər arasında Astana Bəyannaməsindən başqa, Şanxay Əməkdaşlıq Təşkilatının 2035-ci ilə qədər İnkişaf Strategiyasının layihəsinə dair ŞƏT-ə üzv dövlətlərin Başçıları Şurasının qərarı, təşkilatın fəaliyyətinin təkmilləşdirilməsinə dair ŞƏT Xarici İşlər Nazirləri Şurasının təklifləri üzrə qərar, 2025-2027-ci illər üçün terrorizm, separatizm və ekstremizmə qarşı mübarizədə əməkdaşlıq, 2024-2029-cu illər üçün Narkotiklərlə Mübarizə Strategiyasının və onun həyata keçirilməsi üzrə Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında qərar var.
  Bundan başqa, 2030-cu ilə qədər enerji əməkdaşlığının inkişafı strategiyası da imzalanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA