sedanews.az
sedanews.az

Rusiyadan Ermənistana gözlənilməz qadağa

18-07-2024, 09:05 205 dəfə baxılıb



  Rusiya iyulun 15-dən Ermənistan meyvə və tərəvəzlərini qəbul etməyi dayandırıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Veterinar və Fitosanitar Nəzarət Xidmətinin (Rosselxoznadzor) Ermənistan Qida Təhlükəsizliyi    Müfəttişliyinin rəhbərinə göndərdiyi məktubda bildirilib.
Rəsmi izahat budur ki, aprel ayından Ermənistan meyvə-tərəvəzlərində pestisidlərin olması yüksəkdir.
  Məktub iyulun 4-də “Rosselxoznadzor”un sədr müavini Karmazinin imzası ilə göndərilib. Məktuba əlavə olaraq məhsullarının Rusiyaya tədarükü qadağan edilən tədarükçü şirkətlərin 18 səhifəlik siyahısı verilmişdir ki, bu da bütün meyvə-tərəvəz istehsalçılarını nəzərdə tutur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA