sedanews.az
sedanews.az

Nazirlik direktorun tələbəni təhqir etməsi ilə bağlı araşdırmalara başladı

19-02-2021, 12:37 467 dəfə baxılıb

Nazirlik direktorun tələbəni təhqir etməsi ilə bağlı araşdırmalara başladı


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralovanın tələbəni təhqir etməsi iddiası ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlarla əlaqədar olaraq Təhsil Nazirliyində araşdırmalara başlanılıb.
"Report"un əldə etdiyi məlumata görə, artıq nazirlikdə bu istiqamətdə araşdırma işləri davam etdirilir.
Araşdırmalardan sonra ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda distant formada keçirilən imtahan zamanı ADMİU nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralova xanım tələbəni xoşagəlməz ifadə ilə təqdim edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA