sedanews.az
sedanews.az

Gəncədə yeniyetmə ana oldu

12-04-2022, 09:53 278 dəfə baxılıb

                                         

   Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır
16 yaşlı Leyla Əliyeva Gəncə Pernatal Mərkəzə 04-42 də ağır vəziyyətdə daxil olub. Yenityetmənin üzərində şəxsiyyəti təsdiq edən hər hansı bir sənəd olmayıb. Yaxınları qadının 19 yaşı olmasını bildirib və yeniyetmə tibb mərkəzində bu yaşla qeydiyyatdan keçib. Tibb işçiləri ilk olaraq ana və uşağın həyatda qalmasına çalışıb.Dünyaya gələn uşaq qız uşağıdr və onun 4 kq çəkisi və 52 sm boyundadır. Əməliyyatdan sonra isə ana Leyla Əliyevanın şəxsiyyətinin dəqiqşləşdirilməsi aparılıb. Məlum olub ki, ananın 19 deyil 16 yaşı var. Hətta yaşını gizlətmək və Gəncə şəhərində doğuş etməməsi üçün qadın Samux rayonuna gizli doğuş üçün aparılıb. Lakin səhəti ağırlaşdığından oradan Gəncə şəhər Pernatal Mərkəzə çatdırılıb. Həkimlərin sözlərinə görə, Leyla Əliyeva 110-kq çəkidə olub və 16 yaşl yeniyetməyə bənzəməyib. Qadının əsl yaşı ətraflı aparılan qeydiyyat sonrası üzə çıxıb.
Təxminən iki il öncə Gəncə şəhərinə ərə gəlib. Hazırda Adilxan Ziyadxanov küçəsində yerləşən yataqxanada yaşayır.Əməkdaşlarımız qadının yaşadığı yataqxanda olublar.Qadın qonşuları da onun 16 yaşlı yeniyetmə olmasına inana bilmir. Zahiri görnüşü Leyla Əliyevanın yaşını daha çox göstərir. Yaxınları deyir ki 16 yaşında ana olan Leyla Əliyeva bu evlilikdən öncə daha bir dəfə ailəli olub. Faktı onun baldızı da təsdiq etdi.
Artıq Gəncə şəhər Baş Polis İdarəsində fakt nəzarətə götürülüb və araşdırma aparılır.
Qeyd edək ki,16 yaşlı ana həyat yoldaşından 13 yaş kiçikdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA