sedanews.az
sedanews.az

Qəzada ölən qadın əsgər oğlunu görməyə gedirmiş

12-08-2024, 10:58 173 dəfə baxılıb



   Xəbər verdiyimiz kimi, dünən saat 12 radələrində Şəkidə 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
REAL-ın Baku.ws-ə istinadən məlumatına görə, yük avtomobili ilə toqquşan “Opel” markalı minik maşınındakı şəxslər hərbi xidmətdə olan övladlarına baş çəkmək üçün gedirmişlər.
   Qəzada vəfat edənlərdən biri əsgərin anasıdır. Onun atası və bacısı isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Həmçinin minik avtomobilinin sürücüsü Ramin Abdullayev hadisə yerində vəfat edib.
   Qeyd edək ki, Şəkidə baş vermiş ağır yol qəzasında 2 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb. Hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəki rayonu Çayqaraqoyunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
   Belə ki, hərəkətdə olan Zaqatala rayonu, Mosul kənd sakini Ramin Abdullayevin idarə etdiyi “Opel” markalı minik avtomobili Həsən Ağahəsən oğlu Məhəmmədovun idarə etdiyi “Man” markalı yük maşınına çırpılıb.
   Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan sürücü R.Abdullayev və avtomobildə olan bir nəfər qadın sərnişin hadisə yerində həyatını itiriblər. Qəzadan sonra avtomobildə sıxılmış vəziyyətdə qalan hər iki meyit FHN-in Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə hadisə yerinə çağırılmış həkim briqadasına təhvil verilib. Minik avtomobilində olan daha 3 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar isə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
  Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA