sedanews.az
sedanews.az

İnsanın onurğa sütununun “xidmət müddəti” açıqlandı

17-02-2021, 11:24 43 dəfə baxılıb

İnsanın onurğa sütununun “xidmət müddəti” açıqlandı

Onurğa sütununun, oynaqların, vətərlərin və qığırdaqların müəyyən “xidmət müddəti” var.
“Sputnik”in məlumatına görə, bu barədə Rusiyanın əməkdar həkimi, manual terapevt Andrey Kabıçkin bildirib.
Onun sözlərinə görə, problemlər adətən 35 yaşdan sonra başlayır, lakin bəziləri “zəmanət müddətini” uzatmağa nail olurlar.
“Müxtəlif insanlar üçün müddət fərqlidir. Bu “zəmanət müddəti”ndən sonra insanlarda onurğa və oynaqlarda problemlər yaranır. İnsanın fiziologiyası belədir”, - deyə həkim bildirib.
O, əlavə edib ki, 35-45 yaşlarında insanın qan dövranı pisləşir, maddələr mübadiləsi pozulur və toksinlər yığılır.
Onurğa və oynaqların sağlamlığını uzatmaq üçün həkim işdəki yükü düzgün paylamağı məsləhət gördü. Məsələn, oturaq iş zamanı duruşu tez-tez dəyişdirməyi, hər 40 dəqiqədə bir fasilə verməyi və bir neçə dəqiqəni sənaye gimnastikasına həsr etməyi məsləhət gördü.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA