Ermənistanın işğal siyasəti fonunda İslam həmrəyliyinin möhkəmləndirilməsi mühüm məsələdir.Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
O bildirib ki, Prezident İlham Əliyevin İran səfirinin etimadnaməsini qəbul etdiyi zaman söylədiyi fikirlər nəinki bu iki ölkəni, eyni zamanda bütün İslam aləmini maraqlandıran məsələlərdir:
"Son bir neçə ilə nəzər yetirdikdə cənab Prezident İlham Əliyevlə Prezident Ruhani arasında 10-dan çox görüşün baş tutması, eyni zamanda görüşlər əsnasında müzakirə olunan bir çox məsələlər və qəbul edilmiş qərarlar İran və Azərbaycanın bir-birinə daha da yaxınlaşmasından xəbər verir. Azərbaycan və İran müxtəlif sahələr üzrə əməldaşlıq edir. Eyni zamanda, bu iki dövlət BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinin mövqeyini dəstəkləyir. Ermənistanın Azərbaycana qarşı törətdiyi Tovuz təxribatı ilə əlaqədar Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın mövqeyini və haqq işini dəstəkləyən, Ermənistanın addımlarını pisləyən qətnamələr qəbul etmiş və açıqlamalar vermişdir ki, İran İslam Respublikası da sözügedən iki təşkilatın fəal üzvü kimi bu mövqeyə qoşularaq növbəti dəfə Azərbaycana öz dəstəyini göstərmişdir.
Prezident İlham Əliyevin İran səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul etdiyi zaman söylədiyi fikirlər də nəinki bu iki ölkəni, eyni zamanda bütün İslam aləmini maraqlandıran məsələlərdir. Çünki Azərbaycan hər zaman İslam həmrəyliyinin möhkəmləndirilməsi işinə öz töhfəsini verən, eyni zamanda bu istiqamətdə böyük səylər göstərən bir dövlətdir".
Xanım politoloq qeyd edib ki, Ermənistan tərəfindən yürüdülən işğalçılıq və Azərbaycanafobiya ümumilikdə İslam aləmini də ciddi şəkildə narahat etməlidir:
"Bundan əlavə, Azərbaycan İslam aləminin birləşməsi və bəzi ölkələr arasında mövcud olan problemlərin həlli istiqamətində hər zaman öz əlavə səylərini göstərməyə hazır bir ölkədir. İslam aləminin bir parçası olan Azərbaycana qarşı Ermənistan tərəfindən yürüdülən işğalçılıq və Azərbaycanafobiya təkcə Azərbaycanı yox, ümumilikdə İslam aləmini də ciddi şəkildə narahat etməli və bu məsələnin həlli istiqamətində İslam dünyası tərəfindən əməli dəstək və mövqe nümayiş olunmalıdır. Çünki heç kəsə sirr deyil ki, Azərbaycanın tarixi-dini abidələri Ermənistan tərəfindən dağıdılmış, dini abidələrimiz təhqir edilmişdir. İşğal edilmiş ərazilərdə məscidlərimiz ermənilər tərəfindən dağıdılmaqla kifayətlənməmiş, hətta bəzi məscidlərdə heyvan da saxlanılır. Bu isə təkcə Azərbaycana qarşı yox, bütün müsəlman dünyasına qarşı edilən təhqir və cinayətdir. Bu iyrənc və insanlığa uzaq olan əməlləri əks etdirən bir çox video və foto sənədlər, sübutlar mövcuddur.
Beynəlxalq hüquq müstəvisində Azərbaycanın işğqal olunmuş ərazilərində tarixi və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir. Bu baxımdan da bütün sadalanan faktları da nəzərə alaraq düşünürəm ki, Ermənistanın işğal siyasəti fonunda İslam həmrəyliyinin möhkəmləndirilməsi olduqca mühüm məsələdir".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan dövlətlər və xalqlar arasında körpü yaradır
Unudulmayan ömür, əbədi yaşayan ad-Şəhid Qadir Heydərov
Bir Şəhid Anasın illərdir qəlbində yaşatdığı arzu
“Bu torpaq uğrunda ölən varsa, Vətəndir...” — Şəhid Əli Nəcəfovun qəhrəmanlıq yolu
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Qalibiyyət ruhlu xalq
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər
Əhməd İsmayılov Liberiyanın informasiya nazirinin müavini ilə görüşüb
Sülhün olması üçün Ermənistan zəruri addımlar atmalıdır
Son 5 ildə nikahdankənar 76 856 uşaq dünyaya gəlib
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI
Bakıda 100 ildən çox yaşı olan binaların yerləşdiyi ƏRAZİLƏR
Pulsuz hüquqi yardımın göstərilməsi qaydalarının pozulmasına görə cərimə tətbiq olunacaq
Azərbaycan-Gürcüstan sənədləri imzalandı
Kredit götürmək istəyənlərə VACİB XƏBƏR - Yeni qaydalar tətbiq olunur
AVROPANI TƏNGƏ GƏTİRƏN MÜHARİBƏ: UKRAYNADA AÇILAN YARA, AVROPADA DƏRİNLƏŞƏN BÖHRAN
Bakının bu ərazisilərində yeni dəmir yolu stansiyaları tikiləcək
Bazarlarda meyvə-tərəvəz bahalaşıb
Azərbaycanda ombudsman vəzifəsinə namizədlər - adlar
Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA
Məktəbdə jurnalistləri döyən şəxs boksçu imiş - FOTO
Ceyhun Bayramov Türkiyəyə getdi
Azərbaycanda yeni ombudsman seçiləcək
Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il keçir
Ramiz Mehdiyev AMEA üzvülüyündən çıxarıldı
TDT XİN başçıları sabah Ankarada toplanır
BƏRDƏ FACİƏSİNİN QƏHRƏMANI — RƏŞAD ŞƏFİYEVİN ŞƏHADƏTİNDƏN 6 İL ÖTÜR
Sükan arxasında telefona görə kameralar cərimə yazacaq - DETALLAR
Bakıda çiskin, dağlarda qar gözlənilir
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlar başlaya bilər
BALAXANIDA PAYIZIN ƏN RƏNGARƏNG TƏDBİRLƏRİNDƏN BİRİ — “BALQABAQ FESTİVALI”
Paytaxt məktəbində faciə
Kamran Əliyev: "Azərbaycan Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır"
İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb
Bakıda İƏT ölkələrinin korrupsiya əleyhinə yüksəksəviyyəli görüşü keçirilir
Ölkədə qadın və kişilərin orta boyu və çəkisi açıqlanıb
2027-ci il nə ilidir? - Şərq təqvimi açıqlandı
Prezident və ailə üzvləri sərgidə - GÖRÜNTÜLƏR
Bu gün Şəhid İsmayıl Məmmədovun 25 yaşı tamam olardı – Vətənə fəda olan ömür
Milli Məclisin plenar iclası başladı
İlham Əliyev: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu effektiv platformaya çevrilib
Sentyabrda pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı açıqlanıb
"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib (FOTO)
Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib - Rəsmi
Azərbaycanda bəzi dərmanların qiyməti uculaşacaq
Vüqar Qurbanovun bıçaqlanan vəzifəli qohumunun son durumu açıqlandı
1800-ə yaxın azərbaycanlı ölümündən sonra orqanlarını bağışlayacaq
Ürəyinizə yaxşı baxın
Çempionlar Liqasında bugünkü OYUNLAR
"Formula 1" üzrə Azərbaycan Qran-prisi BAŞLADI
Formula 1-ə görə yollarda ilk məhdudiyyət sabahdan tətbiq olunacaq
Azərbaycan cüdoçusu Fərid Rzazadə Ekvadorda dünya çempionu olub
Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb
Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Sərəncam imzalandı
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi
Moskvada qızılcaya görə karantin: Universitet tələbələri distant təhsilə keçirildi
Trampın seçkidə uduza bilər