sedanews.az
sedanews.az

Bakı və İrəvan Moskvadakı məsləhətləşmələrdə iştiraklarını təsdiqlədi

9-10-2020, 11:25 501 dəfə baxılıb

Bakı və İrəvan Moskvadakı məsləhətləşmələrdə iştiraklarını təsdiqlədi

Azərbaycan və Ermənistan xarici işlər nazirləri cümə günü Moskvada Dağlıq Qarabağla bağlı keçiriləcək məsləhətləşmələrdə iştiraklarını təsdiqləyiblər.
TASS-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.
Onun sözlərinə görə, hazırda bu tədbir üçün hazırlıqlar davam edir.
“Bakı və İrəvan Moskvadakı məsləhətləşmələrdə iştiraklarını təsdiqlədi. Aktiv hazırlıqlar davam edir”, - deyə o bildirib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin müzakirələrin aparılması üçün Azərbaycan və Ermənistan XİN rəhbərlərini bu gün Rusiyaya dəvət edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA