sedanews.az
sedanews.az

Bayden Trampın bu məşhur qərarlarını ləğv etdi

21-01-2021, 11:40 449 dəfə baxılıb

Bayden Trampın bu məşhur qərarlarını ləğv etdi

Cozef Bayden rəsmən prezident olduqdan sonra ilk addım kimi Trampın imzaladığı bəzi qərarları ləğv edib.
 Bu məlumatı “Röyter” agentliyi yayıb.
Məlumata görə, ilk olaraq o, ölkənin Paris iqlim razılaşmasına qayıtması barədə sərəncam imzalayıb.
Bayden Kanada ilə sərhəddə “Keystone XL” neft kəmərinin tikintisinin dayandırılmasına dair əmr də imza atıb. Maraqlı məqam odur ki, bu kəmərin tikintisinə 2015-ci ildə Barak Obama qarşı çıxsa da, Tramp prezident olduqdan sonra buna izn vermişdi.
Baydenin imzaladığı növbəti əmr isə 6 müsəlman ölkəsi vətəndaşlarının ABŞ-a girişinə qoyulan qadağanın ləğvi ilə bağlı olub. Tramp dövründə qadağaların şamil edildiyi ölkələr sırasında Suriya, İran, Liviya, Somali, Sudan və Yəmən yer almışdı.
Bayden həmçinin ABŞ-ın ÜST-ə qayıtması, eləcə də Meksika ilə sərhəddə divarın tikintisinin dayandırılması haqqında da sərəncam imzalayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA