sedanews.az
sedanews.az

ABŞ-da seçki: Tramp ştatlarda udur, səsdə uduzur

4-11-2020, 10:31 447 dəfə baxılıb

ABŞ-da seçki: Tramp ştatlarda udur, səsdə uduzur

ABŞ Prezidenti Donald Trampın seçkidə dəstəyini aldığı seçicilərin sayı 50 milyonu keçib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı “Foks” televiziyası yayıb. Oxşar situasiya Trampın rəqibi olan Co Baydenlə də bağlı yaranıb. Hazırda hər iki namizədi dəstəkləyən seçicilərin sayının 60 milyon nəfərə çatdığı bildirilib.
Bununla belə Trampın indiyə qədər 23 ştatda, Baydenin isə 19 ştatda qalib gəldiyi bildirilib. Digər ştatlarda isə hələlik yekun nəticə müəyyənləşməyib.
Tramp ştat sayında irəli olmasına baxmayaraq, səs sayına görə Baydendən geridədir. Hazırda səs nisbəti 224-ün 213-ə Baydenin xeyrinədir.
Qeyd edək ki, ABŞ seçki sistemində qalibi əhalinin səsi əvəzinə, fərqli ştatlarda olan 538 nümayəndənin təmsil olunduğu seçicilər kollegiyası müəyyən edir. Hər ştatda seçicilər kollegiyasının üzvünün sayı əhalinin sayına uyğun olaraq müəyyən edilir. Bu nisbət 3 ilə 55 arasında dəyişir. Əgər namizəd səslərin 50%-dən çoxunu toplasa, o zaman ştatdakı bütün səslərə sahiblənir. Prezident seçkisində qalibiyyət üçün namizəd seçicinin 270 səsini toplamalıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA