sedanews.az
sedanews.az

Türk Şurası toplandı: mühüm qərar gözlənilir

31-03-2021, 16:31 16 dəfə baxılıb

Türk Şurası toplandı: mühüm qərar gözlənilir

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) qeyri-rəsmi Zirvə toplantısı başlayıb.
 Sammit videoformatda keçirilir.
Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstanın birinci prezidenti və Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev, Qazaxıstanın dövlət başçısı Qasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistanın dövlət başçısı Şövkət Mirziyayev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və Macarıstanın Baş naziri Viktor Orban iştirak edir.
İclasda müzakirə ediləcək məsələlərdən biri Türkmənistanın Türk Şurasına üzv olmasıdır. Bununla bağlı müsbət qərar qəbul ediləcəyi və rəsmi Aşqabadın şuraya qoşulacağı gözlənilir.
Toplantının yekununda Qazaxıstanın Türküstan şəhərinə “Türk dünyasının mənəvi paytaxtı” statusu veriləcəyi gözlənilir.
Qeyd edək ki, daha öncə Zirvə toplantısının Türküstan şəhərində keçirilməsi planlaşdırılırdı. Lakin COVID-19 pandemiyasının yaratdığı mürəkkəb epidemioloji vəziyyətə görə iclasın videoformatda keçirilməsinə qərar verilib.
Axar.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA