sedanews.az
sedanews.az

Prezident: Hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparırıq

3-02-2023, 13:33 294 dəfə baxılıb

  Azərbaycanda yaşıl enerji potensialı çox böyükdür. Bu, artıq təsdiq olunub.
 REAL xəbər verir ki, bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.
  Təkcə Xəzər dənizində külək enerjisi potensialının 157 qiqavat olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Quruda isə külək və günəş enerjisi potensialı 27 qiqavatdır. İki il əvvəl Vətən müharibəsi nəticəsində işğaldan azad etdiyimiz ərazilərdə külək və günəş enerjisi potensialı 10 qiqavatdan çoxdur. Biz Naxçıvan Muxtar Respublikasında da böyük potensial müəyyən etmişik.     Hazırda biz 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparırıq”.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA